Əl-Qaidə Şəbvənin şimalında Şəbvə Müdafiə Qüvvələrinin mövqelərinə hücum edib

Çərşənbə 27 Sentyabr 2023 - 21:50
https://az.iswnews.com/?p=26424

“Əl-Qaidə” terror qruplaşmasının əməliyyatçıları sentyabrın 26-da Şəbvə vilayətində yerləşən Cordan rayonunda Şəbvə Müdafiə Qüvvələrinin mövqelərinə hücum ediblər.

Yerli mənbələrin məlumatına görə, bu hücumda Əl-Qaidə ünsürləri Cordan rayonunda yerləşən neft yataqlarının ətrafına doğru irəliləyib və Şəbvə Müdafiə Qüvvələrinə itki və tələfat verdikdən sonra münaqişə yerindən qaçıblar.

Əl-Qaidə hücumlarının Şəbvə əyalətinin şimal bölgələrinə artması Əl-Qaidənin planlarının irəliləyişini və həmçinin Cənubi Səudiyyə Keçid Şurasının bu əyalətdə mövqelərinin zəiflədiyini göstərir. Şəbvə valisi İvəd bin Vəzir Əl-Əvlaki BƏƏ və Cənub Keçid Şurası tərəfindən dəstəklənir və onun Şəbvə üzərində hakimiyyətini zəiflətməsi Səudiyyə Ərəbistanı və İslah Partiyasının marağındadır. Buna görə də Cənub Keçid Şurasının liderləri dəfələrlə Səudiyyə Ərəbistanını Yəmənin cənub əyalətlərində Əl-Qaidə qruplaşmasına dəstək verməkdə və cənub mövqelərinə hücum etmək üçün İslah partiyası ilə koordinasiya etməkdə ittiham ediblər.

Tam ölçüdə baxmaq üçün klikləyin

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir