Yəmənin istefa vermiş hökuməti Məribdə hərbi parad keçirib + FOTO

Çərşənbə 27 Sentyabr 2023 - 13:33
https://az.iswnews.com/?p=26400

İstefa vermiş hökumətin qüvvələri 26 sentyabr və 14 oktyabr inqilabının ildönümü münasibətilə Mərib şəhərinin hərbi məntəqələrində parad keçirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, istefa vermiş Yəmən hökumətinin “İslah” partiyasının silahlıları, Əd-Dər Əl-Vətən qüvvələri və prezident qvardiyasından ibarət qüvvələri 26 sentyabr və 14 oktyabr inqilabı münasibətilə Mərib şəhərinin şimalındakı hərbi bazaların birində parad keçirib.

Bu paradda Mərib qubernatoru və İslah Partiyasının yüksək rütbəli üzvü Sultan Əl-Ərradə və Yəmənin istefa vermiş hökumətinin silahlı qüvvələrinin baş komandanı general-leytenant Saqir bin Əziz iştirak edib.

26 sentyabr inqilabı 1962-ci ildə Yəmən Mütəvəkkili Krallığının süqutuna səbəb olan inqilabın ildönümüdür. 14 oktyabr inqilabı da 1963-cü ildə İngiltərənin Yəməndən çıxarılmasına səbəb olan hərəkatdır.

Bu paradın səviyyəsini Ənsarullah qüvvələrinin son Sənaada keçirilən paradı ilə müqayisə etmək açıq şəkildə göstərir ki, Yəmənin istefa vermiş hökuməti nəinki siyasi sahədə, hətta hərbi baxımdan da Yəmənin Qurtuluş hökumətinə qarşı xüsusi qabiliyyətə malik deyil. Onların texnikası və şəxsi heyəti Yəmən ordusu və Ənsarullahdan qat-qat məhduddur və xarici dəstək olmadan (Səudiyyə koalisiyası) Ənsarullaha qarşı heç bir şansı yoxdur. Buna görə də Səudiyyə liderlərinin sülh danışıqlarında onların adlarını gündəmə gətirməsi, şübhəsiz ki, siyasi oyun kartıdır və bu, şübhəsiz ki, Yəmənin gələcəyində mümkün keçid dövrünün prezidentliyinin münasib əvəzi ola bilməz.

Daha çox oxuyun: Yəməndə 21 sentyabr inqilabının ildönümündə Ənsarullahın möhtəşəm paradı; Qırıcılar və helikopterlər də uçdu + FOTO və VİDEO

İslam Dünyası Xəbərlərinin araşdırmalarına görə, bu parad bu şəhərin şimalında və Tədavin düşərgəsinin yaxınlığında yerləşən Mərib hava limanında keçirilib. Bu paradda istefa vermiş hökumət qüvvələri Qrad BM-21 reaktiv yaylım atəş sistemlərini, S-125 Neva/Pichura (С-125) müdafiə raketini və naməlum heksakopteri nümayiş etdirib.

Məribdə istefa vermiş hökumət qüvvələrinin paradının yeri / Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir