Pakistan ordusu Hayber-Paxtunxva əyalətində Təhrik-e-Talibana qarşı əməliyyat keçirib + FOTO

Çərşənbə axşamı 26 Sentyabr 2023 - 13:52
https://az.iswnews.com/?p=26386

Təhrik-e-Taliban Pakistan (TTP) ilə Pakistan Ordusu qüvvələri arasında Hayber-Paxtunxva əyalətinin Tirah məntəqəsində baş verən toqquşmadan sonra qruplaşmanın cəbhə komandirlərindən biri Kifayət Tur Ədnan da daxil olmaqla üç Təhrik-e-Taliban silahlısı öldürülüb.

Kifayət Tur Ədnan Pakistan ordusu qüvvələrinin mövqelərinə qarşı bir neçə terror hücumunun planlaşdırılmasına və Hayber-Paxtunxva əyalətində Pakistan hökuməti ilə əməkdaşlıq etdiyi iddia edilən dinc sakinlərin öldürülməsinə cavabdeh olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir