İŞİD-in Suriyadakı əməliyyatlarına cavabdeh olan şəxsin CENTCOM tərəfindən həbs edilməsi

Çərşənbə axşamı 26 Sentyabr 2023 - 13:41
https://az.iswnews.com/?p=26383

Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı Suriyada İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən birinin həbs edildiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı (CENTCOM) sentyabrın 25-də Suriyanın şimalında helikopter əməliyyatı zamanı İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən birinin həbs edildiyini açıqlayıb.

CENTCOM-un yaydığı açıqlamaya görə, həbs edilən şəxsin Suriyanın şimalında İŞİD-in logistika və əməliyyat məsulu kimi yerləşmiş “Əbu Həlil Əl-Fədaani” olub.

CENTCOM-un sözçüsü Troy Qarlok da vurğulayıb ki, “Əbu Həlil Əl-Fədaani” kimi İŞİD rəsmilərinin həbsi ABŞ ordusunun terrorçuları müəyyən etmək, hədəfə almaq və döyüş meydanından uzaqlaşdırmaq imkanlarını artıracaq.

Bu əməliyyat sentyabrın 23-də baş tutub. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Suriyanın şərq və şimal bölgələri Amerika koalisiyasının və CENTCOM-un terror qərargahının İŞİD və Əl-Qaidə terror qruplaşmalarına qarşı zaman-zaman əməliyyatlarının şahidi olur. Amerikalıların müxtəlif terror qruplaşmalarını dəstəkləmək rekordlarını nəzərə alsaq, bu dramatik hərəkətlərin Suriyada amerikalıların təsirini artırmaq və mövcudluğunu genişləndirmək məqsədi daşıdığını görmək olar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir