Səudiyyə Ərəbistanı və Yəmən sərhədində gərginlik; Ənsarullahın dron hücumu bəhreynliləri darmadağın edib + FOTO

Çərşənbə axşamı 26 Sentyabr 2023 - 13:16
https://az.iswnews.com/?p=26376

Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı verdiyi açıqlamada Ənsarullahın Cizan sərhəddində Səudiyyə koalisiya qüvvələrinə dronla hücumu nəticəsində 2 Bəhreyn əsgərinin həlak olduğunu, 2 əsgərin isə yaralandığını açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Səudiyyə koalisiyasının Səədə vilayətinin sərhəd rayonlarına artilleriya hücumları və atəşə tutmasından sonra Ənsarullah Cizan vilayətində Bəhreyn qüvvələrinin mövqelərinə hücum edib.

Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığının verdiyi məlumata görə, Ənsarullah 25 sentyabr bazar ertəsi səhər saatlarında kamikadze drondan istifadə edərək Səudiyyə Ərəbistanının cənubundakı sərhəd bölgələrində Səudiyyə koalisiya qüvvələrinin mövqelərinə hücum edib. Bu hücum nəticəsində bir zabit və bir Bəhreyn əsgəri həlak olub, ikisi isə yaralanıb.

Ənsarullah rəsmiləri və Yəmən mediası hələlik bu xəbərə reaksiya verməyib.

Səudiyyə koalisiyasına bağlı medialar bu hücumu atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırır, Səədə, Əl-Hudəydə və s. vilayətlərin sərhəd bölgələri isə 2022-ci ilin əvvəlindən atəşkəs razılaşmasının yaradılmasından bu günə qədər yüzlərlə silahlı hücum nəticəsində atəşkəs pozulmasının şahidi olub. Bu atəşkəsin pozulması yüzlərlə yəmənli və afrikalı mühacirin şəhid olmasına və yaralanmasına səbəb olub.

Ənsarullahın hücumunda öldürülən Səudiyyə koalisiyasının artilleriya bölməsinin Bəhreyn qüvvələrindən Mübarək Əl-Kəbisinin şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir