Ət-Tənəf Amerika bazasında tikintilər artırılır + FOTO
Peyk görüntülərinin təhlili göstərir ki, Suriya, İraq və İordaniya arasındakı sərhəd üçbucağında yerləşən Amerika Ət-Tənəf bazasında tikinti işləri keçmişlə müqayisədə artıb.
Əsgər və hərbi müşavirləri daşıyan bir neçə təyyarə keçən ay İraqın Əl-Ənbar vilayətindəki Eyn Əl-Əsəd hava bazasına daxil olduqdan sonra amerikalı əsgərlərin İraqın müxtəlif bölgələrində, o cümlədən ölkənin qərbində hərəkətləri artıb. Bu addımlarla eyni vaxtda İraq media mənbələri Əl-Ənbar vilayətinin qərbində və Suriya ilə ortaq sərhəd yaxınlığındakı bazalarının yaxınlığında Amerika hərbçilərinin quru patrullarının bir neçə ildən sonra bərpa olunduğunu açıqlayıb.
Peyk görüntülərinin təhlili və Suriyanın cənub-şərqindəki Ət-Tənəf bazasından müxtəlif dövrlərdə çəkilmiş şəkillərin müqayisəsi göstərir ki, bu baza yeni istehkamların, yeni texnika və infrastrukturun əlavə olunmasının şahidi olub.
2022-ci ilin iyun ayında qeydə alınan peyk görüntülərində Ət-Tənəf bazasının sahəsi 1,45 kvadrat kilometr, ətrafı isə 5,15 kvadrat kilometr idi, lakin Maxar şirkətinin son peyk görüntüləri bu baza sahəsinin 1,86 kvadratmetr kilometr, ətrafı isə 5,91 kvadrat kilometr olduğunu göstərir. Bu o deməkdir ki, Ət-Tənəf bazasının sahəsi 0,41 kvadrat kilometr, ətrafı isə 0,76 kvadrat kilometr artıb.
Qeyd edək ki, maneələrin artması ilə yanaşı, bazanın ətrafındakı bəndlərin dərinliyi də artıb ki, bu da Amerikanın bazanın xarici müdafiəsini artırmaq səyindən xəbər verir. Peyk görüntülərinin nəzərdən keçirilməsi göstərir ki, Vaşinqton Ət-Tənəf bazasında qabaqcıl müşahidə sistemi (Davamlı Təhlükə Aşkarlama Sistemi) kimi ağ şar da daxil olmaqla yeni avadanlıq yerləşdirib.
Peyk görüntülərinin müqayisəsi göstərir ki, Vaşinqton bir neçə bina və avadanlıqda, xüsusən də Ceyş Əl-Hurranın (keçmiş Məğavir Əl-Səvra) silahlı bazalarında kamuflyaj və qoruyucu şəbəkələrdən istifadəni artırıb.
Həmçinin bazanın infrastrukturunda bir sıra dəyişikliklər, o cümlədən bazanın şimal-qərb hissəsində yeni girişin tikintisi də var. Buna görə də Ət-Tənəf bazasının indi iki girişi var. Bazanın mərkəzində 2400 kvadratmetr sahəsi olan dörd böyük bina da tikilmişdir ki, bu da avadanlıq anbarı və ya hərbi yaşayış yeri kimi görünür; Bu məsələ bazada yeni hərbi qüvvələrin olmasını göstərə bilər. Bazanın şimalında böyük tikililər, o cümlədən 250 kvadratmetr, 200 kvadratmetr və 150 kvadratmetr əraziyə malik daha üç bina tikilib, hansı məqsədlə təyin olunduğu hələ məlum deyil.
Bu hərəkətlər və dəyişikliklər regional analitiklərin ABŞ-ın region ölkələrinin təhlükəsizliyinə qarşı planları və Vaşinqtonun öz dağıdıcı planlarını həyata keçirmək niyyəti ilə bağlı fərziyyələrini gücləndirir. O da mümkündür ki, amerikalılar Ət-Tənəf bazasını gücləndirməklə İraq və Suriya sərhədlərində hərbi fəaliyyətləri artırmağa çalışacaqlar ki, bu hərəkətlər zamanı Əl-Ənbar əyalətində Həşd-Şəəbi rolunu daha məhdud və zəiflətsinlər.
Rəy