Fransa Nigerdən çəkilir; Səfirlik və hərbi bazalar boşaldılacaq!

Bazar ertəsi 25 Sentyabr 2023 - 16:27
https://az.iswnews.com/?p=26281

Fransa prezidenti Emmanuel Makron Fransa səfirinin və hərbi qüvvələrin Nigerdən çıxarılmasını əmr edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Nigerdəki hərbi çevrilişdən və hakimiyyətin devrilmiş prezident Məhəmməd Bazuma qaytarılması ilə bağlı dəfələrlə etdiyi tələblərə məhəl qoyulmamasından sonra Fransa səfiri Silvain İttinin Niameydən geri qaytarılması və Nigerdəki hərbi bazaların 2023-cü ilin sonuna qədər boşaldılması barədə göstəriş verib.

Makron açıqlamalarında Nigerin artıq terrorla mübarizədə maraqlı olmadığını bildirib! “Ona görə də bu ölkədə hərbi əməliyyatların başa çatdığını bəyan edirəm” deyə Makron əlavə edib.

Bu qərarla eyni vaxtda Niger Aviasiya Təşkilatı Vətəni Mühafizə üzrə Milli Şuranın əmri ilə sentyabrın 24-ü bazar günündən etibarən Fransa təyyarələrinin ölkənin hava məkanı üzərində uçuşuna qadağa qoyub.

Nigerdən çəkilməzdən əvvəl Fransa Niger Vətənini Müdafiə Milli Şurasının Fransaya qarşı hərəkətlərinə cavab olaraq bu şuranı tanımayacağını və səfirini Niameydən geri çağırmaq tələbini yerinə yetirməyəcəyini bəyan etmişdi.

Mali və Burkina Fasodan sonra Niger Afrika qitəsində fransız qoşunlarının öz ərazisindən çıxarılmasını tələb edən üçüncü ölkədir. Son on ildə terrorla mübarizə iddiası ilə çıxış edən Fransa Afrikanın Sahel bölgəsi ölkələrində müxtəlif hərbi bazalar quraraq bu ölkələrin neft ehtiyatları və mədənlərinin imtiyazını qazanıb. Bir çox ekspertlər hesab edirlər ki, Qərbi Afrikada baş verən son hadisələr yeni anti-müstəmləkə dövrünün başlanğıcıdır və gələcəkdə bu prosesə daha çox Afrika ölkəsi qoşulacaq.

Daha çox oxuyun: Nigerdə ​​çevriliş; Fransanın yası və Vaqnerin toyu + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir