İsrail işğalçılarının Nur Şəms düşərgəsinə basqını; İki fələstinli şəhid olub + FOTO
Sionist rejimin əsgərləri bazar günü səhər Nur Şəms düşərgəsinə basqın ediblər və nəticədə iki fələstinli şəhid olub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsrail rejimi qüvvələri sentyabrın 24-də Tulkərəmdə yerləşən Nur Şəms düşərgəsinə basqın edərək, onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurmaya səbəb olub.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Nur Şəms düşərgəsində iki fələstinli gənc Əsid Cəbavi və Əbdurrəhman Əbu Dəğş İsrail əsgərləri tərəfindən güllələnib. Sionistlər bu düşərgədə bəzi fələstinli gəncləri də həbs ediblər.
Toqquşmalar zamanı Fələstin müqavimət qüvvələri sionist qüvvələrin istiqamətinə bir neçə güclü bomba partladıb və sionist ordusu sözçüsünə görə, bir İsrail əsgəri yaralanıb.
Rəy