Sionistlər Netanyahuya qarşı etiraz aksiyaları keçiriblər

Bazar 24 Sentyabr 2023 - 13:16
https://az.iswnews.com/?p=26262

Minlərlə sionist işğal olunmuş Fələstinin Təl-Əviv və bir sıra digər şəhərlərində 38-ci həftədir ki, sionist rejimin baş nazirinin məhkəmə islahatları proqramına etiraz olaraq nümayişlər keçirirlər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, minlərlə sionist mühacir sentyabrın 23-də işğal olunmuş ərazilərin müxtəlif şəhərlərində, o cümlədən Təl-Əviv və Qüdsdə küçələrdə sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı nümayişlər keçirib.

İşğal olunmuş Fələstinin müxtəlif şəhərlərində hər həftənin şənbə günləri sionistlərin nümayişləri davam edir. Netanyahunun məhkəmə islahatları proqramına etiraz olaraq keçirilən bu aksiyalar artıq ardıcıl 38-ci həftəyə daxil olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir