Pakistan ordusu Şimali Vəziristanda Hafiz Gül Bahadur qruplaşmasına qarşı əməliyyat keçirib

Bazar 24 Sentyabr 2023 - 13:10
https://az.iswnews.com/?p=26258

Pakistan Ordusu qüvvələrinin Şimali Vəziristan bölgəsində Hayber-Paxtunxva əyalətinin Hafiz Gül Bahadur qruplaşmasının sığınacaqlarına qarşı apardığı ayrı-ayrı əməliyyatlar nəticəsində bu qruplaşmanın 8 üzvü, o cümlədən iki yüksək səviyyəli komandir öldürülüb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Pakistan Ordusunun sentyabrın 21-də Hafiz Gül Bahadur qruplaşmasının (Təhrik-e-Taliban Pakistana teb) Cani Xeyl məntəqəsindəki sığınacağına qarşı əməliyyatından sonra Qeysər İlyas Zakir adlı komandir də daxil olmaqla 6 mühüm komandiri öldürülüb, 3-ü yaralanıb. Bu əməliyyatda iki pakistanlı əsgər də yaralanıb.

Qeysər Aka Zakir kimi tanınan Qeysər İlyas Zakir Hafiz Gül Bahadur qruplaşmasının yüksək səviyyəli cəbhə komandirlərindən biri idi və Bannu şəhərində Pakistan hökumət qüvvələrinin mövqelərinə silahlı və kamikadze hücumların planlaşdırılması və həyata keçirilməsinə məsul idi.

Həmçinin Pakistan ordusunun Şimali Vəziristan bölgəsində yerləşən Dataxeyl məntəqəsində Hafiz Gül Bahadur qruplaşmasının silahlılarına qarşı həyata keçirdiyi növbəti əməliyyatdan sonra bu qruplaşmanın Ubeydullah Cani Xeyl adlı biri yüksək rütbəli üzvü olmaqla iki nəfər öldürülüb.

Qeyd edək ki, bu əməliyyatlar zamanı bir neçə Kalaşnikov silahı, əl qumbarası və külli miqdarda sursat aşkar edilib və Hafiz Göl Bahadur qruplaşmasının 5 üzvü də həbs edilib.

“Hafiz Gül Bahadur” qruplaşması Pakistanın Şimali və Cənubi Vəziristan bölgələrində Təhrik-e-Taliban Pakistanın (TTP) ən fəal tabe qruplaşmalarından biridir və hücumlarını əsasən sui-qəsd, kamikadze əməliyyatları, silahlı pusqular və bombardmanlarla həyata keçirir.

Pakistan Ordusunun Şimali Vəziristanda Hafiz Gül Bahadur qruplaşmasına qarşı əməliyyat istiqaməti / Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir