İvritdilli media: İsrail ordusu Qəzza ilə gərginliyin mümkün artmasına hazırlaşır!
İvritdilli Kan kanalı İsrail ordusunun Qəzzanın şərq sərhəd bölgələrində baş verən son insidentlərdən sonra Qəzza zolağı ilə gərginliyin artması ehtimalına və mümkün raket hücumlarına hazırlaşdığını açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ivritdilli Kan kanalı İsrail ordusunun işğal olunmuş ərazilərə yandırıcı balonlar göndərildikdən və bu rejim əsgərlərinə atəş açıldıqdan sonra Qəzzanın sərhəd zolağı yaxınlığındakı üç Həmas bazasına hücum etdiyini açıqlayıb.
Daha çox oxuyun: İsrail ordusu Qəzzada hədəflərə hücum edib + VİDEO
Bu kanal yandırıcı balonların göndərilməsi və əldəqayırma qumbaraatanların partlaması nəticəsində Qəzza ətrafındakı sionist yaşayış məntəqələrində yanğınların baş verdiyini və bu hadisələrin sionist rejimin baş naziri Benyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı ilə eyni vaxtda baş verdiyini vurğulayıb.
Eyni zamanda, ivritdilli “Walla” xəbər saytı da ordunun sionist yaşayış məntəqələri ətrafında baş verən yanğınların həqiqətini gizli saxlamağa hər cür cəhd göstərdiyini, lakin yanğınsöndürmə idarəsinin hər şeyi üzə çıxardığını və Qəzza sakinlərinin yandırıcı balonları yanğınların səbəbi olduğunu açıqladığını vurğulayıb.
Rəy