İraqın xarici işlər naziri: İranla təhlükəsizlik razılaşması tam şəkildə yerinə yetirildi

Şənbə 23 Sentyabr 2023 - 16:21
https://az.iswnews.com/?p=26234

İraqın xarici işlər naziri separatçı terrorçuların çıxarılması ilə bağlı bu ölkə ilə İran İslam Respublikası arasında təhlükəsizlik sazişinin uğurla həyata keçirildiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn sentyabrın 22-də Əl-Hurra kanalına müsahibəsində Tehran və Bağdad arasında antiinqilabçı silahlı dəstələrin qovulması ilə əlaqədar təhlükəsizlik razılaşmasının uğurla həyata keçirildiyini bildirib.

İraqın xarici işlər naziri bu müsahibədə İran və İraq arasında son razılaşmaya işarə edərək dedi: “Bu razılaşmanın bütün bəndləri İraq tərəfindən həyata keçirilib. Xüsusilə də iki ölkə sərhədində olan silahlı şəxslərin İraq Kürdüstanında yerləşən qaçqın düşərgələrinə qaytarılması ilə bağlı”.

O, bu razılaşmanın əhəmiyyətini belə vurğuladı: “İranın İraq Kürdüstanını bombalamasını dayandırması bu razılaşmanın şərtlərindən biri idi və bunun müqabilində silahlı insanlar sərhədlərdən uzaq durmalı idi. Federal hökumət Kürdüstan bölgəsi ilə əməkdaşlıq edərək bunu uğurla həyata keçirdi”.

Qeyd edək ki, bir müddət əvvəl İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ekspert qruplarının İraqda terrorçu və silahlı qruplaşmaların tərksilah edilməsi prosesini araşdırıb yoxlayacağını bəyan etmişdir.

Daha çox oxuyun: General-mayor Baqiri: Terrorçu və separatçı qruplar tərksilah edilməlidir + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir