Taliban lideri Nimruz vilayətinə səfər edib

Şənbə 23 Sentyabr 2023 - 15:52
https://az.iswnews.com/?p=26231

Əfqanıstanın Nimruz vilayətindəki yerli mənbələrin məlumatına görə, Taliban lideri Molla Həbtullah Axundzadə bu vilayətə səfər edərək Zərənc şəhərinin yerli rəsmiləri və ağsaqqalları ilə görüşüb. Taliban sözçüsü Zəbihullah Mücahid bu xəbəri təsdiqləyib və bildirib ki, bu səfər zamanı o, yerli rəsmilər, din alimləri və Nimruz vilayətinin əhalisi ilə görüşüb, onların problemlərini dinləyib.

Nimruz vilayəti Əfqanıstanın cənub-qərbində, İran və Pakistanla sərhəddə yerləşir. Su qıtlığı və iqtisadi problemlərlə yanaşı, Nimruz yeni bir təhlükəsizlik dalğası və İŞİD və Ceyş Əl-Ədl də daxil olmaqla terror qruplaşmalarının fəaliyyəti ilə üz-üzədir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir