İsrail ordusu Qəzzada hədəflərə hücum edib + VİDEO
İsrail ordusu Qəzzadan sionist yaşayış məntəqələri istiqamətində yandırıcı balonların göndərilməsinə cavab olaraq Qəzza sərhədində Fələstin müqavimətinə aid bir neçə qülləni hədəfə alıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejimin pilotsuz təyyarələri və artilleriyası sentyabrın 22-də Qəzza sərhəddində HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssama aid üç qülləni hədəfə alıb.
Bu hücum bir sıra fələstinli gənclərin Qəzza zolağında sionist rejimin siyasətlərinə etiraz olaraq nümayişlər keçirərək işğal olunmuş ərazilərə yandırıcı balonlar göndərməsindən sonra baş verib.
İndiyə qədər Fələstin müqavimət rəsmiləri və komandirləri İsrail ordusunun Qəzzada müqavimət mövqelərinə dünənki hücumlarına münasibət bildirməyib və bununla bağlı əlavə təfərrüatlar dərc edilməyib.
Rəy