General-mayor Baqiri: Terrorçu və separatçı qruplar tərksilah edilməlidir + VİDEO
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bəyan edib ki, ekspert qrupları İraqda terrorçu və silahlı qrupların tərksilah edilməsi prosesini araşdıracaq və yoxlayacaq.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri İran və İraq arasında aparılan danışıqlar və razılaşma əsasında terrorçu və separatçı qrupların sentyabrın 19-da dək tərksilah edilməli olduqlarını vurğulayıb. O, əlavə edib: “Lakin baş verənlər göstərir ki, bu altı aylıq müddət ərzində terrorçu və separatçı qruplar yalnız İran sərhədlərindən uzaqlaşıblar”.
O, İraq hökumətinin İranla əməkdaşlığını təqdir etməklə yanaşı, əlavə edib: “Milli Təhlükəsizlik Şurasının müqaviləsinin mətnində qeyd olunanlar aydındır və həyata keçirilməlidir. Bu mətndə terrorçu və silahlı separatçı qüvvələrin tərksilah edilməklə yanaşı, İraqdan çıxarılmasının vacibliyi vurğulanır”.
General-mayor Baqiri prezidentin sözlərinə istinad edərək dedi: “Prezidentin açıqlamalarına əsasən, Milli Təhlükəsizlik Şurasının mətninin icrası üçün bir neçə gün vaxt veriləcək ki, bu məsələ həyata keçirilsin. Daha sonra separatçı qrupların tərksilah edilməsini araşdırmaq və yoxlamaq üçün icra qrupları göndəriləcək və nəhayət, araşdırmalardan sonra müvafiq tədbirlər görüləcək”.
Rəy