Suriya prezidenti Çinə səfər edib + FOTO
Suriya prezidenti çinli həmkarının dəvəti ilə rəsmi səfər çərçivəsində Pekinə səfər edib və bu ölkənin rəsmiləri ilə görüşüb, müzakirələr aparıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd çinli həmkarı Şi Cin Pinqin dəvəti ilə sentyabrın 21-də Pekinə səfər edib.
Suriya mətbuatının məlumatına görə, Suriya prezidentini bu səfərdə Bəşər Əsədin həyat yoldaşı Əsma və yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir.
Bununla bağlı Çin Xarici İşlər Nazirliyi elan edib: “Suriya prezidentinin Pekinə səfəri iki ölkə arasında qarşılıqlı etimadın dərinləşməsinə və ikitərəfli münasibətlərin səviyyəsinin yüksəlməsinə kömək edə bilər”.
Bəşər Əsədin digər xarici rəsmilərlə birlikdə Asiya Oyunlarının açılış mərasimində iştirak etməli, daha sonra bir sıra görüşlərdə iştirak etmək üçün nümayəndə heyətinin başçılığı ilə Çinin bir neçə şəhərinə səfər etməli olduğu bildirilir.
Qeyd edək ki, Suriya prezidentinin Çinə səfəri çox önəmlidir və Çinin gələcəkdə Suriyanın yenidən qurulmasında mühüm rol oynayacağı gözlənilir. Bu, Əsədin iyirmi il bundan əvvəldən indiyədək Çinə ilk səfəridir.
Rəy