Taliban lideri şiə alimlərini əyalət alimlər şurasından uzaqlaşdırdı
Əfqanıstanın Şiə Alimlər Şurasının üzvü Höccətül-İslam Vəl-Müslimin Seyid Hüseyn Alimi Bəlxi Bamyan, Daykendi, Sərepol, Loğman, Ğovr, Meydane Vərdək və Nuristan vilayətləri üzrə Taliban hökumətinin lideri Molla Həbtullah Axundzadə tərəfindən açıqlanan Alimlər Şuralarının tərkibini ədalətsiz olduğunu və bunu ədalətdən uzaq hesab edərək, bu cür hərəkətlərin din məzhəblər arasında məsafəni artırdığını və bu məsələyə yenidən baxılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, 90%-dən çox şiə əhalisi olan Bamyan və Daykendi vilayətləri, 30%-dən çox şiə əhalisi olan Ğovr vilayəti və 40%-dən çox şiə əhalisi olan Sərepol vilayətinin Alimlər Şurasının tərkibində hətta bir nəfər şiə din alim belə yerləşdirilməyib və Taliban rəhbərliyinin bu hərəkəti Əfqanıstanın Şiə Alimlər Şurasının sərt tənqidinə səbəb olub.
Rəy