Təhrik-e-Taliban Pakistanın keçmiş liderinin köməkçisi öldürülüb + XƏRİTƏ
Qruplaşmanın keçmiş rəhbərinin köməkçisi Molla Nik Məhəmməd Pakistan Ordusu və Terrorla Mübarizə Polisinin (CTD) Svat vadisində Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarına qarşı keçirdiyi əməliyyatda öldürülüb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Pakistan Ordusu və Terrorla Mübarizə Polisinin (CTD) Svat vadisində Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının qərargahına qarşı əməliyyatından sonra qruplaşmanın yüksək rütbəli komandirlərindən biri və keçmiş lider Molla Fəzlullahın köməkçisi Molla Niku kimi tanınan Molla Nik Məhəmməd öldürülüb. Molla Niku bu qruplaşmanın hazırkı lideri Nur Vəli Məhsudun etibarlı adamlarından biri idi və Svat vadisində Pakistan təhlükəsizlik qüvvələrinə qarşı onlarla terror aktına görə məsuliyyət daşıyırdı.
Pakistan Ordusunun Svat vadisində Təhrik-e-Taliban silahlılarına qarşı Rah Rast adı altında hərbi əməliyyatına başladıqdan sonra o, ailəsi ilə birlikdə Əfqanıstanın şərq bölgələrinə qaçmışdır və bu ilin əvvəlində bu bölgəyə təzədən geri qayıtmışdır. Bu müddət ərzində o, Svat vadisində Pakistan Ordusu və təhlükəsizlik rəsmilərinə sui-qəsd təşkil etmək üçün məqsədyönlü hücumlara məsul olmuşdur.
Təhrik-e-Talibanın bu görkəmli komandiri Pakistan Ordusu və Terrorla Mübarizə Polisinin (CTD) sentyabrın 7-də Svat vadisində keçirdiyi əməliyyat zamanı öldürülüb, lakin Pakistan ordusu onun öldürüldüyünə əmin olduqdan sonra bu xəbəri yayıb.
Daha çox oxuyun:
Təhrik-e-Taliban Pakistan hərəkatının yüksək komandirinin öldürülməsi uğursuzluqla nəticələnib
Təhrik-e-Taliban Svat bölgəsindəki polis bölməsinə terror hücumu edib + FOTO
Rəy