Türkiyənin İraqın Süleymaniyyə şəhərinə dron hücumu nəticəsində 3 nəfər həlak olub

Çərşənbə axşamı 19 Sentyabr 2023 - 13:38
https://az.iswnews.com/?p=26097

Süleymaniyyədə yerləşən Arabat hava limanına naməlum dron hücumu nəticəsində azı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 18 sentyabrda naməlum dronun Süleymaniyyədəki Arabat hava limanını hədəf alması nəticəsində azı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumdan bir neçə dəqiqə sonra İraq Kürdüstanı bölgəsinin terrorla mübarizə bölməsi Arabat hava limanına dron hücumu nəticəsində 3 hərbçinin öldürüldüyünü, 3-nün isə yaralandığını açıqlayıb.

Bununla bağlı BMT-nin İraqdakı nümayəndəsi Süleymaniyyədəki Arabat hava limanına edilən hücumu qınayıb və təhlükəsizlik məsələlərinin dialoq yolu ilə həllinə çağırıb.

Hələlik heç bir şəxs və ya qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü Yəhya Rəsul bildirib: “Bazar ertəsi saat 17:00-da dron İraq ərazisinə daxil olub. Türkiyə sərhədi və İraqın Kürdüstan bölgəsinin Süleymaniyyə şəhərindəki Arabat hava limanını bombalayıb”.

O, bu hücumun İraqın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulması, regionun və dünyanın sülh və təhlükəsizliyinə təhdid, beynəlxalq qanunların və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması olduğunu bildirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir