HƏDKA İraqın qərbindəki qərargahını boşaltdı

Bazar ertəsi 18 Sentyabr 2023 - 18:15
https://az.iswnews.com/?p=26067

İraqın Kürdüstan bölgəsindəki məlumatlı mənbə iddia edib ki, İran Kürdüstan Demokratik Partiyası (HƏDKA) Kuisanjaqdakı qərargahını boşaldıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın Kürdüstan bölgəsindəki məlumatlı mənbə Deutsche Welle mediası ilə söhbətində İran Kürdüstan Demokratik Partiyasının (HƏDKA) 30 ildən sonra Kuisanjaqdakı “Demokratlar qalası” kimi tanınan qərargahını boşaltdığını iddia edib.

Həmçinin İran Kürdüstan Demokratik Partiyasından başqa, İran Kürdüstan Kumala Partiyası və Kürdüstan Fəhlə Kumala Partiyasının da İranla sərhəd bölgələrdə mövqelərindən geri çəkildiyi iddia edilir.

İran İslam İnqilabı əleyhinə silahlı dəstələrin geri çəkilməsindən sonra İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci yüksək səviyyəli təhlükəsizlik heyətinin başçılığı ilə bu gün sentyabrın 18-də Ərbilə səfər edib. Bu səfər İraq Baş Naziri və Silahlı Qüvvələrinin Baş Komandanı Məhəmməd Şia Əl-Sudani tərəfindən və İraqla İran arasında təhlükəsizlik sazişinin icrasını izləmək üçün tapşırılıb.

Bu hadisələrlə eyni vaxtda İran silahlı qüvvələri ölkənin şimal-qərb sərhədlərinə SEPAH quru qüvvələrinin zirehli, artilleriya, raket, dron və helikopter hissələrini göndərib. İran və SEPAH quru qüvvələrinin İraqın Kürdüstan bölgəsindəki bütün terrorçuları tərksilah etməsi üçün verilən müddətin bitməsinə 24 saatdan az vaxt qalıb. İraq hökuməti İranla razılaşdırılmış bəndlərə əməl etməsə, İran silahlı qüvvələri İraqın Kürdüstan bölgəsində yerləşən antiinqilabçı silahlı qruplaşmalara qarşı əməliyyat keçirəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir