Əmirabdollahian: Biz ruslara müharibədə istifadə etmək üçün heç bir dron verməmişik

Bazar ertəsi 18 Sentyabr 2023 - 13:28
https://az.iswnews.com/?p=26047

İranın xarici işlər naziri bir qəzetlə söhbətində Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya İran dronlarının göndərilməsini təkzib edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İranın Xarici İşlər Naziri Hüseyn Əmirabdollahian “Əl-Vifaq” qəzetinə verdiyi müsahibədə deyib: “Cənab Cozef Burrellə son əlaqəmdə o, iddia etdi ki, ruslar Ukraynada İran dronlarından istifadə edir, mən ona dedim ki, bu əsassız məsələni bu qədər təkrarlama, bu məsələdə bizim mövqelərimiz tam aydındır və biz öz mövqelərimizi bəyan etməkdə, xarici siyasətimizi həyata keçirməkdə heç bir tərəflə razılaşmırıq”.

O əlavə edib: “Biz əvvəldən deyirdik ki, Ukraynadakı müharibədə istifadə üçün ruslara heç bir dron verməmişik, lakin Fələstin və Livan müqaviməti vəziyyətində, bunun bizim üçün gətirdiyi nəticələrə baxmayaraq, açıq şəkildə Müqavimətin yanında olduğumuzu ifadə edib və etməyə davam edirik”.

İranın diplomatik xidmətinin rəhbəri deyib: “Biz öz müstəqilliyimizi qoruyaraq, dünyanın şərqi və qərbi ilə milli, qeyri qərbyönlü və qeyri şərqyönlü maraqların təmini baxımından qarşılıqlı əlaqədəyik və müqavimət bizim xarici siyasətdə mühüm aspektlərimizdən biridir”.

Qeyd edək ki, son aylarda Qərb hərbi və kəşfiyyat rəsmiləri Rusiya ordusunun Ukraynanın şəhər infrastrukturuna qarşı hücumlarda İran istehsalı olan 400-dən çox hücum dronundan istifadə etdiyini açıqlasa da, digər tərəfdən, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu sözləri təkzib edib.

Bir müddət sonra “New York Times” hərbi silah tədqiqatçılarına istinad edərək elan etdi ki, ruslar İranın Şahid-136 dronunu kopyalayıb Giran 2 adı ilə istifadə edirlər. İranın Şahid-136 dronunun rus versiyası adətən Giran-2 və ya Granium-2 (rus dilində) kimi tanınır. Sənədlərin və məlumatların nəzərdən keçirilməsi göstərir ki, ruslar hazırda Ukrayna hərbçilərini hədəfə almaq üçün yerli istehsal olan dronlardan istifadə edir və İranın Şahid-136 dronlarının Ukraynaya qarşı istifadə edilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Daha ətraflı: Amerika mediası: Rusiya İran dronlarının surətini çıxarır və onlardan Ukraynaya hücum etmək üçün istifadə edir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir