İranın müdafiə naziri: İraqla terrorçuların çıxarılması ilə bağlı razılaşmanın müddəti uzadılmayacaq

Bazar ertəsi 18 Sentyabr 2023 - 04:19
https://az.iswnews.com/?p=26039

İranın Müdafiə və Silahlı Qüvvələrinə dəstək naziri bəyan edib ki, Kürdüstan bölgəsindən terrorçuların tərksilah edilməsi və çıxarılması üçün İran-İraq razılaşması uzadılmayacaq.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Müdafiə və Silahlı Qüvvələrinə dəstək naziri Əmir Məhəmməd Rza Aştiani İran və İraq arasında terrorçuların tərksilah edilməsi və Kürdüstan bölgəsindən çıxarılmasına dair razılaşmaya toxunaraq deyib: “Heç bir artırma etməyəcəyik, razılaşdığımız vaxt əsasında işə başlayacağıq”.

Aştiani “İran” qəzeti ilə söhbətində İraqın gördüyü tədbirlərlə bağlı deyib: “Bəzi işlər görülüb; 90-cı dəqiqədə dəyərləndiririk və bu qiymətləndirməyə əsasən qərar veririk”.

Bu bəyanatlar son günlər SEPAH quru qüvvələrinin zirehli, artilleriya, raket, dron və helikopter bölmələrinin İranın şimal-qərb sərhədlərinə göndərildiyi zaman verilib. Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Əməliyyatlar üzrə müavini Sərdar Abbas Nilfuruşan vurğulamışdı ki, sentyabrın 19-da İraq hökuməti üçün İraqın Kürdüstan bölgəsindəki terrorçu qrupları tərksilah etmək üçün verilən müddət başa çatacaq.

Daha ətraflı: 19 sentyabr; İranın İraqa ultimatumunun sonu! + XƏRİTƏ

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir