Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi iki əməkdaşını edam edib
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə hərbi qüvvələrinin iki əməkdaşının vətənə xəyanət və bəzi böyük hərbi cinayətlər törətməkdə ittiham olunaraq edam edildiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytı xəbər verir ki, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi verdiyi açıqlamada, pilot polkovnik Məcid bin Musa İvad Əl-Bələvi və çavuş-mayor Yusif bin Rza Həsən Əl-Əzuni nazirliyin komandanlığı altında böyük hərbi cinayət törətməkdə, Vətənə xəyanət etməkdə və milli maraqları qorumamaqda ittiham olunaraq edam edildiyini bəyan edib.
Bu iki nəfər 2017-ci il sentyabrın 16 və 17-də həbs edilib və hökmləri cümə axşamı sentyabrın 14-də Ərəbistanın qərbində yerləşən Taif bölgəsində icra edilib.
Bu iki şəxsin edamı ilə bağlı daha ətraflı məlumat dərc olunmayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin dərc etdiyi məlumata görə, bu şəxslərin ittihamlarının bəzi Səudiyyə əsgərlərinin Yəmən müharibəsi ilə bağlı məsələlərə qarşı çıxması ilə bağlı olması mümkündür.
Rəy