Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar davam edir; Ənsarullah heyəti Riyada səfər edib

Şənbə 16 Sentyabr 2023 - 13:24
https://az.iswnews.com/?p=25949

Yəmənin Qurtuluş Hökuməti və Oman təmsilçilərinin danışıqlar heyəti Səudiyyə koalisiyası ilə sülh danışıqlarını davam etdirmək üçün Riyada səfər ediblər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Məhəmməd Əbdül Salamın başçılıq etdiyi Yəmənin Qurtuluş Hökumətinin danışıqlar qrupu Oman təmsilçiləri ilə Ənsarullah rəsmiləri ilə məsləhətləşdikdən sonra Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərinə səfər ediblər.

Oman məsləhətləşmələrinin və Məhəmməd bin Salmanın Məsqətə son səfəri zamanı aparılan müzakirələrin davamı olaraq, Oman nümayəndələri sentyabrın 14-də Sənaaya səfər ediblər. Bu görüş Sultan Heysəm bin Tariqin mesajını Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşşata çatdırmaq üçün keçirilib. Ümumiyyətlə, danışıqlar prosesi Ənsarullah liderləri tərəfindən müsbət qarşılanıb və Yəmən nümayəndə heyəti Oman nümayəndələrinin müşayiəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Riyada səfər ediblər.

Məhəmməd Əbdül Salamın sözlərinə görə, danışıqların bu mərhələsinin prioriteti embarqoların aradan qaldırılması, limanların və hava limanlarının açılması məsələsi, neft ehtiyatlarının gəlirləri hesabına işçilərin maaşlarının ödənilməsi, məhbusların dəyişdirilməsi məsələlərinə yönəlib. Həmçinin, hərtərəfli siyasi həllə nail olmaq üçün xarici qüvvələrin çıxarılması və Yəmənin yenidən qurulması kimi digər məsələlər də gündəmə gətirilib ki, bu da Ənsarullahın qarşı tərəfindən hələlik təsdiq və ya təkzib edilməyib.

Daha ətraflı: Səudiyyə vəliəhdi Omanda Ənsarullah danışıqlarının rəsmisi ilə görüşüb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir