Yəməndəki sülh danışıqlarının maneələrinə bir baxış

Cümə 15 Sentyabr 2023 - 11:04
https://az.iswnews.com/?p=25907

Yəmənin sülh danışıqları, ölkənin daxili mübahisələri və problemlərinə əlavə olaraq, ABŞ-ın müttəfiqi Səudiyyə koalisiyası ilə İranın rəhbərlik etdiyi müqavimət cəbhəsi arasında regional müharibə ilə bağlıdır. Ərəb ölkələri liderlərinin üç müraciət olunası yeri vurğulaması, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təkəbbürlü qətnaməsi və istefa vermiş Yəmən hökumətinin Səudiyyə koalisiyasından asılılığı Yəmən böhranının həlli yolunda ən mühüm maneələrdir. İran və Səudiyyə Ərəbistanı arasında əldə edilən Pekindəki son razılaşma ilə bu, mübahisələrin müzakirə edilməsi gözlənilir.

Qeyri-qanuni istefa vermiş hökumətin mahiyyəti və Səudiyyə koalisiyasının Yəməndəki əməliyyatı niyə işğal xarakteri daşıyır?

Bir müddət əvvəl Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi Məhəmməd Casim Əl-Bədivinin rəhbərlik etdiyi nümayəndə heyəti Ədən şəhərinə səfər edib. Bu səfər şura rəsmilərinin 2014-cü ildən sonra Yəmənə ilk səfəri idi. Əl-Bədivi bu görüşdə böhranın kökündə duran və Yəmən danışıqlarında əsas mane olan “üç müraciət olunası yeri” məsələsindən danışıb.

Üç müraciət olunası yerə, Fars Körfəzi Əməkdaşlıq Şurasının 2011-ci ildəki planı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsi və ərəb ölkələri tərəfindən Yəmən böhranının həlli üçün səlahiyyətli orqan kimi tanınan milli dialoqlar daxildir. Amma bu məsələlər nəinki Yəmən böhranının həlli yolu deyil, həm də sülh danışıqlarının irəliləyişinə böyük maneəyə çevriliblər. Bu üç məsələnin aspektlərini aydınlaşdırmaq üçün onları ümumi şəkildə izah edirik:

1- Fars Körfəzi Əməkdaşlıq Şurasının 2011-ci il planı:
Bu plan Yəmən böhranını həll etmək üçün 2011-ci il aprelin 3-də ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən təqdim edilib. Bu plan həm də “Körfəz Təşəbbüsü” kimi tanınır və ona görə, o vaxt Yəmənin prezidenti olan Əli Abdullah Salehə vəzifəsindən getməsi və hakimiyyəti onun müavini Əbd Rəbə Mansur Hadiyə təhvil verməsi üçün 30 gün vaxt verilmişdir. Hadinin də müvəqqəti hökuməti qurmaq və hakimiyyətin seçki yolu ilə ötürülməsi üçün zəmin hazırlamaq üçün 60 gün vaxtı var idi. Əli Abdullah Saleh və Əbd Rəbə Mənsur Hadi bir nəfərin iştirakı ilə keçirilən seçkidə ərəb ölkələrinin dəstəyi ilə Yəmənə prezident olduqdan sonra bu plan sona çatmadı. Yəmən inqilabının müsadirə edilməsi və ərəb ölkələrinin bu ölkənin işlərinə qarışması yəmənlilərin qəzəbinə səbəb oldu və Ənsarullah qüvvələrini paytaxt Sənaa tərəfə yollanmağa sövq etdirdi. Nəhayət, Ənsarullah qüvvələri Hadi tərəfdarlarının müdafiə xətlərini qıraraq Sənaaya daxil oldular və işlərin nəzarətini ələ götürdülər. Tərəflər arasında siyasi danışıqlar nəticəsiz qaldıqdan sonra Mənsur Hadi 2015-ci il yanvarın 22-də parlamentə getdi və vəzifəsindən istefa verdi. Bu istefadan bir ay sonra Hadi kəşfiyyat və məhkəmə qurumları tərəfindən dindirildi və nəhayət, 21 fevral 2015-ci ildə Sənaadakı prezident aparatından Ədənə qaçdı. Bu hərəkətindən qısa müddət sonra Səudiyyə koalisiyasının hücumları və işğalı başladı və Yəməndəki siyasi böhran xarici işğalla qarışdırıldı.

2- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2216 saylı Qətnaməsi:
14 aprel 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Səudiyyə koalisiyasının Yəmənə təcavüzündən bəhs etmədən qəbul etdiyi qətnamədə Ənsarullah və Əli Abdullah Saleh qüvvələrinə hər hansı silah göndərilməsini qadağan etdi. Bu qətnamə də Ənsarullahdan hakimiyyəti təhvil verməsini və Sənaa və digər Yəmənin şəhərlərindən geri çəkilməsini istədi. Təhlükəsizlik Şurası həmçinin Yəmənə gedən bütün gəmilərin yoxlanılmasını təsdiqlədi və Seyid Əbdülməlik Bədrud-Din Əl-Husi və Əli Abdullah Salehin böyük oğlu Əhmədin ölkədən çıxışlarına qadağa qoydu.

3- Milli dialoqlar:
Səudiyyə koalisiyasının Yəmənə hücumu ilə Sənaada Yəmənin milli danışıqları dayandırıldı və İslah partiyası, cənub partiyaları və s. kimi tanınmış partiyalar Səudiyyə Ərəbistanı, BƏƏ və digər ərəb ölkələrindən cəlb etdikləri dəstək sayəsində mərkəzi hökumətlə müxalifətə başladılar. Ənsarullahın Sənaada məsləhətləşməsi ilə Əli Abdullah Salehin rəhbərlik etdiyi Milli Konqres Partiyasıda daxil olmaqla müxtəlif siyasi partiyalar Milli Qurtuluş hökuməti ilə ittifaqa girdilər. Bu hərəkət müxalifətin zəifləməsinə gətirib çıxardı və aylarla davam edən ağır müdafiədən sonra Ənsarullah Səudiyyə koalisiyasının Sənaa və Əl-Hudəydəyə hücumlarını dəf edə bildi və Yəmən hökumətinin nəzarəti altında olan Mərib, Əl-Covf, Səədə və Əl-Hudəydə əyalətlərinin böyük bir hissəsini işğaldan azad etdi.
Bu illər ərzində bir çox hadisələr, məsələn, Əli Abdullah Salehin Ənsarullaha xəyanəti, Stokholm razılaşması, Yəmənin Qurtuluş Hökumətinin Ali Siyasi Şurasının rəhbəri Saleh Əl-Səmmadın şəhadəti və s. Yəməndəki hadisələr, lakin bu hadisələrin heç biri Ənsarullahın Səudiyyə Ərəbistanı və BƏƏ-nin dərin torpaqlarına qarşı həyata keçirdiyi raket-dron əməliyyatları kimi sülh danışıqları prosesində təsirli olmadı və nəhayət 2022-ci il aprel ayında Ənsarullah ilə Səudiyyə koalisiyası arasında atəşkəs əldə edildi.

Bu atəşkəsin bərqərar olmasına və Ənsarullahın başlarına gələn müxtəlif hadisələrdə İslah partiyası və cənub partiyaları ilə danışıq cəhdlərinə baxmayaraq, indiyədək heç bir zaman və məkanda Yəmən-Yəmən danışıqları aparılmayıb. Bu məsələnin əsas səbəbi Ənsarullahın müxalif qruplarının Səudiyyə Ərəbistanı və BƏƏ-dən asılılığı, həmçinin ABŞ-ın Yəməndəki proseslərdə son vaxtlar oynadığı roldur.

Daha ətraflı: Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ

Ona görə də üç müraciət olunacaq mövzu Yəmən böhranının həlli olmaqdansa, sülh danışıqlarının irəliləyişinə və Yəməndə müxtəlif qrupların birliyinə böyük maneədir. Fars Körfəzi Əməkdaşlıq Şurasının planı müstəqil bir ölkənin işlərinə qarışmağın əsl mənasıdır və Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsi də ərəb və Qərb ölkələrinin Yəməndə öz məqsədlərinə çatmaqda köməklik göstərməsi istiqamətində şərh olunur. İndi qarşı tərəfdəki siyasi məmur üç müraciət olunacaq mövzu haqqında danışanda belə qənaətə gəlmək olur ki, nəinki Yəməndəki böhranı həll etmək üçün qətiyyət yoxdur, hətta bəzi insanlar bu ölkədə müharibəni dərinləşdirməyə çalışırlar.

Niyə Yəməndəki danışıqlar heç bir yerə çatmır?
Yuxarıda qeyd olunan məsələlərdən asılı olmayaraq, Yəmən danışıqlarının bir nəticəyə gəlməsinə mane olan çoxlu digər məsələlər var. Ümumilikdə bu maneələrə aşağıdakılar daxildir: Amerikanın Səudiyyə Ərəbistanına təzyiqi, Birləşmiş Millətlər Təşkilatının Yəmənin daxili işlərində oriyentasiyası, Yəmən fraksiyalarının Səudiyyə Ərəbistanı və BƏƏ-dən asılılığı, İngiltərənin dəstəyi ilə bəzi cənub partiyalarının separatizmi, işğal olunmuş bölgələrdə terror qruplaşmaları, xüsusən də Əl-Qaidənin olması, digər dünya güclərinin (Rusiya və Çin) Yəməndə baş verənlərə biganəliyi, neft gəlirlərindən yəmənli işçilərin əmək haqlarının verilməməsi və Yəmənin blokadası və s. kimi daxili problemlərin olması.

İstefa vermiş hökumətin baş naziri Muin Əbdül Məlikin sözlərinə görə, Ənsarullahın Yəmən neft və qazını ixrac etməsinə mane olmaqla, istefa vermiş hökumətin büdcəsi 50% kəsirlə üzləşib və bu məsələ onların Səudiyyə və BƏƏ kimi tərəfdarlarına ağır maliyyə təzyiqi yaradıb. Birləşmiş Millətlər Təşkilatının, xüsusilə Ümumdünya Ərzaq Proqramının nəzarəti altında olan beynəlxalq təşkilatlar da Yəmənə göstərdikləri yardımın həcmini kəskin şəkildə azaldıb və bu, BMT nümayəndələrini Nyu-Yorkda humanitar yardım toplamaq üçün xüsusi iclas keçirməyə vadar edib.

Müxtəlif Yəmən cərəyanları arasındakı ixtilafların həlli yolu bir çox problemlərlə üzləşir, onların hər birinin həlli aylar çəkə bilər və bu müharibədə iştirak edən bir və ya bir neçə ölkənin əməkdaşlıq etməməsi Yəmən danışıqlarının heç yerə çatmamasına əsas səbəb ola bilər.

Ümumiyyətlə, Yəməndə sülh danışıqları daxili çəkişmələr və problemlərlə yanaşı, regional səviyyədə daha mühüm məsələyə bağlıdır. Şiələrin Yəmən hökumətinə nəzarət etməkdə uğur qazanması və qərblilərin dəstəyi ilə Səudiyyə koalisiyasının bu ölkədəki işğalı İran və ABŞ arasında vəkil müharibəsində Yəmən məsələsinin prioritet olmasına səbəb oldu. Həmçinin İranın yəmənlilərə dəstəyi də ciddi şəkildə zəruri məsələyə çevrildi. Bu gün bu müharibə İran və Səudiyyə Ərəbistanı arasında Yəmənin dəniz və hava blokadası kimi bəzi problemlərin həllinə səbəb olan razılaşma ilə yeni mərhələyə qədəm qoyub, lakin əsas fikir ayrılıqları hələ də qalmaqdadır və vahid hökumətin formalaşdırılmasının növü və üsulu və davamlı sülhə nail olmaq yolu haqqında müzakirə başlayana qədər, gedilməli uzun yol müşahidə edilir.

Daha ətraflı: Yəmən cəbhələrinin son vəziyyəti; İşğal olunmuş ərazilərdə nə baş verir? XƏRİTƏ

İslam Dünyası Xəbərlərinin materiallarından istifadəyə yalnız “İslam Dünyası Xəbərləri” mənbəsi və adı qeyd edilməklə icazə verilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir