Əl-Ənbar vilayətinin yerli hakimiyyət orqanları inqilab əleyhinə silahlı dəstələrin bu əyalətə köçürülməsinə qarşı çıxıb
İraqın Əl-Ənbar vilayətində qəbilə başçıları və Həşd-Şəəbi Təşkilatının komandirləri bu vilayətin İran əleyhinə silahlı qruplaşmaları qəbul etməyə hazır olmadığını açıqlayıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əl-Ənbar vilayətində antiinqilabçı silahlı qruplaşmaların İraqın uzaq qərbinə köçürülməsi planından danışarkən, bu əyalətdəki Həşd-Şəəbi başçıları və komandirləri bu plana qarşı olduqlarını vurğulayıblar.
İraqın Əl-Ənbar vilayətindəki Həşd-Şəəbi Təşkilatının nümayəndələri, qəbilə başçıları və komandirləri bu vilayətin yeni problemi və İrana qarşı silahlı qruplaşmaların köçürülməsini qəbul etməyə hazır olmadığını vurğulayıblar.
Bununla bağlı Əl-Ənbar Qəbilə Şeyx Şurasının üzvü Əbdül Vəhhab Əl-Biləvi də belə bir planın tamamilə rədd edildiyini və qətiyyən qəbuledilməz olduğunu bildirib və əlavə edib: “Biz vilayətin beynəlxalq münaqişələrə qarışmasını istəmirik, belə ki, bu qüvvələr əyalətdə təhlükəsizlik problemlərinə səbəb olacaq”.
Bu sözlər İraqın xarici işlər naziri Fuad Hüseynin dünən İraq hökuməti ilə Tehran arasında təhlükəsizlik razılaşması çərçivəsində silahlı antiinqilabçı qrupların İran sərhədlərinə yaxın ərazilərdən sərhəddən uzaq düşərgələrə köçürülməsi prosesinə başladığını bildirərkən qeyd edilib.
Rəy