Yəmənin şərqində naməlum silahlı şəxslər Amerika qüvvələrinin karvanına pusqu qurub + VİDEO
Yəmənin şərqində yerləşən Həzərmut əyalətində Amerika qüvvələrinin karvanı naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, çərşənbə axşamı sentyabrın 12-də Həzərmutda Amerika qüvvələrinin karvanı naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb. Bu hücum çox güman ki, istefa vermiş hökumətə və ya “Əl-Qaidə” terror qruplaşmasına müxalif silahlı qəbilə üzvləri tərəfindən həyata keçirilib və hələlik mümkün itki və ziyanların miqyası ilə bağlı başqa təfərrüatlar dərc edilməyib.
Münaqişənin dəqiq ərazisi məlum deyil və Amerika qüvvələrinin Həzərmut əyalətindəki əvvəlki hərəkətlərini nəzərə alsaq, münaqişənin Əl-Ğurfə qəsəbəsi ətrafında baş verdiyi ehtimal edilir. Bu qarşıdurmanın yayımlanan videosuna görə Amerika qüvvələrinin havadan qırıcıları və ya hücum pilotsuz təyyarələri dəstəyi var və bu baxımdan naməlum silahlı şəxslərin hücumunun səmərəsiz olduğunu söyləmək olar.
Rəy