Afrində partlayış; Bir nəfər ölüb, ikisi yaralanıb

Çərşənbə 13 Sentyabr 2023 - 06:58
https://az.iswnews.com/?p=25856

Suriyanın Hələb vilayətindəki Afrin şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sentyabrın 12-də Afrin şəhərinin Əl-Zeydiyyə məhəlləsində bomba yüklü avtomobilin partladılması nəticəsində yerli şuranın (Türkiyənin dəstəklədiyi) təhlükəsizlik şöbəsinin rəhbəri Əbu Əmmar həlak olub və onun iki yoldaşı da yaralanıb. Hələlik heç bir şəxs və ya qrup bu partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Afrin şəhəri 2016-cı ilin martından Türkiyənin dəstəklədiyi terrorçuların nəzarətindədir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir