Suriyada baş verən son hadisələr, 12 Sentyabr 2023

Çərşənbə axşamı 12 Sentyabr 2023 - 22:28
https://az.iswnews.com/?p=25827

İdlib-Bab Əl-Havi yolunda Türkiyə hərbi karvanına naməlum silahlı şəxslər tərəfindən hücum edilib. Bu hücumda Türkiyə ordusunun hərbi maşınlarından birinə ciddi ziyan dəyib. Bu münaqişədə itki olmayıb.

1- Hələb:

  • Sentyabrın 2-də Suriya Nəqliyyat Nazirliyi bəyanat yayaraq elan edib: “Hələb hava limanı sionist rejim qırıcılarının son hava hücumu nəticəsində dəyən ziyanı aradan qaldırdıqdan sonra fəaliyyətini bərpa edib”.
Hələb hava limanının peyk görüntüsü
  • Sentyabrın 4-də Təhrir Əş-Şam terrorçuları Suriya hərbçilərinin Arum əl-Suqri cəbhəsindəki mövqelərinə və Hələbin qərbində yerləşən Suriya ordusunun 46-cı alayına hücum edərək Suriya qüvvələri ilə toqquşdular.
  • Sentyabrın 9-da Hələb əyalətinin Mənbic şəhərinin kənarındakı Ərəb Həsən bölgəsində Təhrir Əş-Şam və Suriya Demokratik Qüvvələri (SDQ) arasında toqquşma nəticəsində azı 5 Təhrir Əş-Şam terrorçusu həlak olub, daha 18 nəfər yaralanıb. Yaralılar Cerablus şəhərindəki xəstəxanaya çatdırılıb.

2- İdlib:

  • Sentyabrın 10-da İdlib-Bab Əl-Havi yolunda türk hərbi karvanı naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Bu hücumda Türkiyə ordusunun hərbi maşınlarından birinə ciddi ziyan dəyib. Bu münaqişədə itki olmayıb.
  • Terrorçulara yaxın medianın dərc etdiyi şəkildən görünür ki, İdlibin cənubunda terrorçuların mövqelərini müəyyən etmək üçün İrana məxsus “Əbabil-3” pilotsuz uçan aparatının uçuşu həyata keçirilib.
  • Sentyabrın 6-da Ənsar Ət-Tövhid terrorçularına yaxın media bu qruplaşmanın ünsürlərinin İdlibin cənubunda yerləşən Əl-Mələca cəbhəsindəki Suriya ordusu və Livan Hizbullahının mövqelərinə raket zərbəsi endirdiyini xəbər verib.

3- Dəraa:
Sentyabrın 9-da “Məhəmməd Faruk Əl-Bərdan” adlı suriyalı mülki şəxs Tefs şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr əz-Zor:
Təhlükəsizliyin gücləndirilməsi əməliyyatının başa çatması ilə eyni vaxtda Suriya Demokratik Qüvvələrinin media mərkəzinin rəhbəri SDQ qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətində münaqişə bölgələrinə tam nəzarət etdiyini elan edib.

Daha ətraflı: SDQ qüvvələri Deyr əz-Zor vilayətinin münaqişə bölgələri üzərində nəzarəti ələ keçirib

5- Həsəkə:

  • Sentyabrın 1-də Türkiyə ordusunun hücum pilotsuz təyyarəsinin Həsəkə vilayətinin şimalında yerləşən Qamışlı şəhəri yaxınlığındakı yolda Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınına hücumu nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
  • Sentyabrın 3-də Suriya Demokratik Qüvvələrinə yaxın mənbələr Təl-Təmr bölgəsinin kənarında Ceyş Əl-Vətani terrorçuları ilə Suriya ordusu arasında baş verən toqquşma nəticəsində 5 suriyalı əsgərin şəhid olduğunu bildirib.

6- Dəməşq:
Sentyabrın 2-də Dəməşqin ətrafında yerləşən Haina kəndində bomba yüklü avtomobilin partlaması nəticəsində Dəməşqin Səsa rayonunun rəsmilərindən biri ağır yaralanaraq tibb mərkəzinə aparılıb.

7- Homs:
Sentyabrın 7-də yerli mənbələr Suriya ordusu hissələrinin Suriya, İraq və İordaniya sərhəd üçbucağında yerləşən Əl-Tənəf Amerika bazası yaxınlığında yerləşdirildiyini açıqlayıb.

8- Sentyabrın 3-də Amerika koalisiyası bir bəyanat yayaraq Deyr əz-Zor vilayətindəki qarşıdurmaların dərhal dayandırılmasının vacibliyini vurğuladı və Suriya Demokratik Qüvvələrinə öz dəstəyini bildirdi.

9- Sentyabrın 6-da Amerika koalisiyasına məxsus bir neçə yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni Əl-Vəlid keçidindən Suriyanın Həsəkə vilayətindəki Amerika bazalarına daxil olub.

10- ABŞ-ın Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) İraq və Suriyada İŞİD-ə qarşı 36 ortaq əməliyyat həyata keçirdiyini və terror qruplaşmasının ən azı 7 üzvünün öldürüldüyünü açıqlayıb.

Daha ətraflı: CENTCOM tərəfindən İraq və Suriyada 36 əməliyyat keçirilib

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir