Torxam sərhəd münaqişəsinə Pakistanın reaksiyası: Torpaqlarımızı Talibana verməyəcəyik!
Taliban və Pakistan ordusu arasında 13-cü sərhəd münaqişəsindən sonra bu ölkənin hökuməti Talibanın Torxam sərhəd-keçid məntəqəsinin yenidən açılması tələbini rədd edib və Əfqanıstanın İslamabaddakı səfirliyinin rəhbərini çağırıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Torxam sərhəd keçid məntəqəsində Taliban silahlıları ilə pakistanlı sərhədçilər arasında baş vermiş son sərhəd toqquşmasından sonra Pakistan hökuməti Əfqanıstanın İslamabaddakı səfirliyinin rəhbərini çağırmaqla yanaşı, Talibanın onun ərazisinə müdaxiləsinə qarşı xəbərdarlıq edib və onların Torxam keçidinin yenidən açılması tələbini rədd edib.
Pakistanın Əfqanıstandakı xüsusi nümayəndəsi Asif Durrani Əfqanıstanın İslamabaddakı səfirliyinin rəhbəri Əhməd Şəkiblə söhbətində bildirib ki, Pakistan öz ərazisini Talibana təhvil verməyəcək. Torxam keçidinin yenidən açılması və Əfqanıstanda Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının Amerika və NATO-dan qalan silahlarla təchiz edilməsinin bu görüşün başqa mövzusu olduğu bildirilir.
Pakistan hökuməti iddia edir ki, Təhrik-e-Taliban Pakistan hərəkatının Çitral sərhəd bölgəsində ölkə sərhədçilərinin mövqelərinə son hücumu zamanı dörd pakistanlı əsgər və Təhrik-e-Taliban hərəkatının 12 üzvü həlak olub. Təcavüzkarların buraxdığı silahlar ABŞ və NATO silahları idi, bu silahlar yalnız Əfqanıstan anbarlarında yerləşir. Odur ki, Əfqanıstan Talibanı Əfqanıstanda terrorçu və anti-Pakistan qruplarının yaradılmasına cavabdeh olmalı və onlara nəzarət etmək üçün lazımi tədbirlər görməlidir.
Rəy