CENTCOM tərəfindən İraq və Suriyada 36 əməliyyat keçirilib
Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı İraq və Suriyada İŞİD-ə qarşı 36 birgə əməliyyat həyata keçirdiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı (CENTCOM) İraq və Suriyada İŞİD-ə qarşı 36 müştərək əməliyyatın həyata keçirildiyini və terror qruplaşmasının ən azı 7 üzvünün öldürüldüyünü açıqlayıb.
Bildirilib ki, bu saydan 28-i İraqda, 8-i isə Suriyada birgə əməliyyat keçirilib.
CENTCOM-un məlumatına görə, keçən ay (avqust) keçirilən bu əməliyyatlardan sonra əksəriyyəti İraqda olan 7 İŞİD üzvü öldürülüb, 25-i isə həbs edilib.
CENTCOM komandiri Michael Korilla da açıqlamasında İraq təhlükəsizlik qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) ilə ortaqlığın davam etdiyini vurğulayıb.
Rəy