Təhrik-e-Taliban Pakistanın Çitral bölgəsinə hücumu; Nur Vəli Məhsud məsələyə müdaxilə edib + VİDEO
Nur Vəli Məhsudun başçılıq etdiyi “Təhrik-e-Taliban Pakistan” silahlı qruplaşması Pakistanın Hayber-Paxtunxva əyalətinin Çitral sərhəd bölgəsinə ağır hücum həyata keçirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Hayber-Paxtunxva əyalətindəki yerli mənbələrə istinadən verdiyi məlumata görə, “Təhrik-e-Taliban Pakistan” (TTP) silahlıları son günlərdə Əfqanıstanın şərqindəki Nuristan əyalətindən Hayber-Paxtunxva əyalətinin Çitral sərhəddinə güclü hücuma keçib.
Bu hücum zamanı “Təhrik-e-Taliban” silahlıları sərhəd mühafizə məntəqəsini və bir neçə kəndi Pakistanın Davati qüvvələrinin nəzarətindən çıxara bilib.
Bu hücumun digər məqamı isə odur ki, “Təhrik-e-Taliban”ın lideri Nur Vəli Məhsud Çitral cəbhəsində peyda olub. Bununla əlaqədar olaraq onun silahlı adamlarını Pakistan ordusunun Çitral bölgəsindəki mövqelərinə hücum üçün naqilsiz yönləndirməsi ilə bağlı video da yayımlanıb. Bu video Təhrik-e-Taliban Pakistan liderinin 2023-cü ildə mediada ilk çıxışıdır.
Təhrik-e-Taliban Pakistanın Çitrala hücumu vacibdir, çünki mənşəyi mütləq Əfqanıstandandır. Pakistanın bu hücuma cavabı Əfqanıstan Talibanını hədəfə alacaq və onları İslamabadın daha çox təzyiqi altına salacaq. Pakistan ordusunun təyyarələrinin hava hücumları və bombardmanları dairəsinin Əfqanıstanın şərqindəki dağlıq Nuristan əyalətinə çatması ehtimalı da var.
Rəy