Dəməşq Suriyanın şərqindəki ərəb qəbilələrini dəstəkləyir

Şənbə 9 Sentyabr 2023 - 10:49
https://az.iswnews.com/?p=25698

Suriyanın xarici işlər naziri Suriya qəbilələri ilə Suriya Demokratik Qüvvələri arasında son vaxtlar baş verən qarşıdurmalara toxunaraq, Dəməşq hökumətinin bu münaqişələrdə ərəb qəbilələrini dəstəklədiyini vurğulayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriyanın Xarici İşlər Naziri Feysəl Əl-Miqdad Sputnik xəbər agentliyinə müsahibəsində Suriya qəbilələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş verən son toqquşmalara toxunaraq deyib: “Amerika işğalının Deyr əz-Zor və Həsəkə əhalisi və Suriya ordusu və müttəfiqləri səyləri və addımları sayəsində sona çatacağını bildirib”.

Əl-Miqdad daha sonra əlavə edib: “Suriyanın şərqində baş verənlərin rəsmi açıqlamalara ehtiyacı yoxdur, çünki Suriya vətəndaşları milli müharibədə bütün Suriya xalqı adından işğalçılara və onların silahlı qruplarına qarşı vuruşurlar”.

O deyib: “Amerika işğalçıları ikili oyuna başlayıblar və Suriyanın şərqində rəqib olan iki müttəfiqini dəstəkləyirlər. Onlar bir tərəfdən türk işğalçılarının Suriya ərazisini işğalını davam etdirməsinə, eyni zamanda SDQ qüvvələrinə dəstək verirlər”.

Suriya xarici işlər naziri bildirib: “Amerikanın zahirdə ziddiyyətli olan bu siyasətləri hər kəs üçün bir ipə çevrilib və onun əsas məqsədi Suriya dövlətini zəiflətməkdir. Amerikanın nöqteyi-nəzərindən Suriyaya çatan hər şey, hətta dərman və buğda da qadağandır və embarqo edilir. Amerika demokratiyasına görə, Suriya xalqı demokratiyanı onlara tətbiq etmək üçün ölməlidir. İndi camaata bir tikə çörəyi də ələ gətirməyə qoymurlar!”

Qeyd edək ki, Deyr əz-Zor Hərbi Şurasının rəhbəri Əhməd Xubeyl Suriya Demokratik Qüvvələri tərəfindən həbs edildikdən sonra bəzi suriyalı köçərilər bu hərəkətə etiraz əlaməti olaraq Deyr əz-Zor vilayətində SDQ qüvvələrinin mövqelərini hədəfə alıblar. Bu qərar hələ də davam edən bir sıra münaqişələri başladıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir