Suriyalılar Həsəkədə Amerika hərbi karvanının hərəkətinə mane olub
Suriya hərbçilərinin dəstəyi ilə Həsəkə vilayətinin şimal-şərqində yerləşən Hamu kəndinin sakinləri Amerika koalisiyasının hərbi karvanının bu ərazidən keçməsinin qarşısını alıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ hərbi karvanı bu gün avqustun 26-da Hamu kəndinə yaxınlaşaraq bu ərazidən keçmək niyyətində olub, lakin kənd sakinləri karvanı dayandırıblar. Yerli camaat Suriya hərbçilərinin dəstəyi ilə amerikalıları geri çəkilməyə məcbur edib.
Bildirilir ki, bu Amerika karvanı Həsəkə vilayətinin müxtəlif mölgələrində patrul əməliyyatları aparmaq üçün Hamu kəndindən keçmək niyyətində olub, lakin suriyalıların mane olması səbəbindən geri çəkilərək qərargahına qayıdıb.
Xatırladaq ki, avqustun 20-də dörd zirehli maşından ibarət və iki hücum helikopteri ilə skort edilmiş amerikalı işğalçıların karvanı Həsəkə vilayətinin şimal ətrafındakı Təll Əz-Zəhəb yaxınlığından keçməyə hazırlaşırdı, lakin Suriya ordusunun postu tərəfindən dayandırıldı və bir müddət sonra geri çəkilmək məcburiyyətində qaldı.
Daha çox oxuyun: Suriya ordusunun qüvvələri Amerika karvanının Həsəkədə keçməsinin qarşısını alıb
Rəy