Amerika hərbçilərinin İraqdakı son hərəkətləri ilə bağlı Vaşinqtonun Bağdaddakı səfirinin izahatı
Amerikanın Bağdaddakı səfiri Amerikanın hərbi hərəkətləri ilə İraqa qarşı dağıdıcı planlar arasında əlaqəni qəti şəkildə inkar etməklə yanaşı, bu hərəkətlərin İraqda mövcud olan qüvvə mübadiləsi çərçivəsində olduğunu vurğulayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ-ın İraqdakı səfiri Alina Romanovski avqustun 23-də İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşüb və müzakirələr aparıb.
İraq Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər İraq-Amerika əlaqələri və strateji çərçivə sazişi fonunda iqtisadi sahələrdə birgə əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Bu görüşdə BMT Baş Assambleyasının bu ilin sonunda keçiriləcək iclasları müzakirə olunub.
İraqın xarici işlər naziri və Amerika səfiri həmçinin Suriyadakı Əl-Hul düşərgəsi ilə bağlı son hadisələri və İŞİD terror qruplaşmasının üzvü olan bəzi iraqlı ailələrin vətənə qaytarılması ilə bağlı problemləri nəzərdən keçiriblər.
Amerikanın Bağdaddakı səfiri həmçinin Amerikanın İraqdakı hərbi hərəkatları ilə bağlı dərc olunan xəbərləri açıqlayıb və bu hərəkətlərin İraqda mövcud olan qüvvə mübadiləsi çərçivəsində olduğunu vurğulayıb. O, bu hərbi hərəkatların İraq ölkəsinə qarşı dağıdıcı planlarla əlaqəsini qətiyyətlə rədd edərək, Amerika hökumətinin İraqla əməkdaşlığı davam etdirmək və ümumi maraqları inkişaf etdirmək səylərini vurğulayıb.
Romanovski bu hərəkətlərin normal olduğunu iddia etsə də, İraqdan başqa Suriyanın şərqində də amerikalıların hərəkətləri çox artıb. Eyni zamanda, yerli Suriya və İraq mediası da amerikalıların İraq və Suriyanın sərhəd bölgələrində bir sıra dağıdıcı və anti-təhlükəsizlik planlarını həyata keçirmək niyyətini açıqlayıb.
Həmçinin, Amerikanın İraq və Suriyada hərəkatlarının artmasından sonra müqavimət cəbhəsinin və Suriya ordusunun Deyr əz-Zor və Homs əyalətlərindəki mövqe və karvanlarına hücum etmək üçün iki yerli qruplaşma yaradılıb; Buna baxmayaraq, Amerikanın Bağdaddakı səfiri keçmişlə müqayisədə xeyli artmış son Amerika hərbi hərəkatlarını normal və adi təsvir etməyə çalışır!
*Şəkil arxivdəndir.
Rəy