Zirehli texnika sahəsində Ukrayna müharibəsinin mühüm dərsi
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Rusiya-Ukrayna müharibəsində çox saylı Rusiyanın T-72 tankı məhv edilib.
Ukrayna müharibəsində diqqət çəkən məqamlardan biri də Rusiyanın köhnə T-72 tanklarından istifadə etməsidir.
70-ci illərə aid olan bu tank hələ də Rusiya tərəfindən istifadə olunur və zəif cəhətləri ilə zireh sahəsində Rusiya itkilərinin əksəriyyətini təşkil edib.
Bu tankın çatışmazlıqlarından biri də qüllə bölməsindəki döyüş sursatı anbarıdır ki, güclü mərmi dəyən kimi güllələrin partlamasına üst hissənin tamamilə sıradan çıxmasına səbəb olur.
İndiyədək Ukrayna müharibəsində 150-yə yaxın Rusiya tankının (əsasən T-72) məhv edilməsi bildirilir.
Ukrayna Müharibəsi göstərdi ki, böyük həcmli tanklardan istifadə strategiyası sadəcə köhnəlib, xüsusən də köhnə versiyaları. İnkişaf etmiş on minlərlə dollar dəyərində raketlər bir neçə saniyə ərzində çoxmilyonluq zirehləri məhv edə bilər.
Rəy