İran və Rusiya quru qoşunları komandanları hərbi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər + FOTO

Çərşənbə axşamı 22 Avqust 2023 - 22:06
https://az.iswnews.com/?p=25562

İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi İran hərbi heyəti rusiyalı həmkarı ilə ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya səfər edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, dünən 21 avqust tarixində İran hərbi heyəti Rusiya ordusunun quru qoşunlarının komandanı ordu generalı Oleq Salyukov ilə görüşüb, qarşılanma mərasimi keçirdikdən və Aleksandr bağında naməlum əsgərin məzarı önünə gül dəstələri düzüldükdən sonra ikitərəfli əməkdaşlığı müzakirə edib.

Bu görüşdə tərəflər ikitərəfli əməkdaşlıq, hərbi müqavilələr və iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Ordu generalı Oleq Salyukov çıxışında İranı Qərbi Asiyanın əsas ölkələrindən biri və Rusiyanın strateji tərəfdaşı hesab edib və davamlı və intensiv siyasi danışıqları iki ölkə arasında mövcud tərəfdaşlıq səviyyəsinin əsas xüsusiyyəti adlandırıb.

Bu görüşdə tərəflər quru qoşunları sahəsində əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər. Həmçinin, bu səfər zamanı İran nümayəndə heyətinin Rusiya Quru Qoşunlarının hərbi təlim institutlarına və müdafiə sənayesi şirkətlərinə baş çəkəcəyi planlaşdırılıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir