İşğal altındakı Qolanda partlayış; Bir İsrail əsgəri yaralanıb

Bazar ertəsi 21 Avqust 2023 - 16:48
https://az.iswnews.com/?p=25519

İşğal altındakı Qolan şəhərinin cənubunda sionist rejim ordusunun avtomobilinin yolunda minanın partlaması nəticəsində bir İsrail əsgəri yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ivritdilli medialar avqustun 21-də işğal altındakı Qolanda bir İsrail əsgərinin yaralandığını yazıb.

Bu medialar işğal altındakı Qolanın cənubunda Tiberias gölü yaxınlığında İsrail hərbi maşınının yolunda minanın partladığını açıqlayıb.

Bununla əlaqədar olaraq sionist rejimin 14-cü kanalı partlayışdan dərhal sonra İsrail ordusunun təhqiqata başladığını elan edib.

Bu avtomobilin sürücüsünün yaralanaraq xəstəxanaya aparıldığı bildirilir. Həmçinin, İsrail mənbələrinə görə, bu hərbi maşın yararsız hala salınıb.

Bu partlayışdan sonra İsrail ordusu işğal altındakı Qolanda partlayışla bağlı yayılan xəbəri təsdiqləyib. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir