Oman Ənsarullah və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlarda vasitəçilik edir

Bazar ertəsi 21 Avqust 2023 - 06:29
https://az.iswnews.com/?p=25497

Oman nümayəndə heyəti Sənaada Ənsarullah ilə koordinasiyadan sonra sülh danışıqlarında vasitəçilik etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Oman heyəti Sənaada Yəmən rəsmiləri ilə görüşüb söhbət etdikdən sonra dünən (20 avqust) Səudiyyə rəsmiləri ilə söhbət etmək üçün Ər-Riyada yola düşüb.

Yerli mənbələrin məlumatına görə, bu danışıqlar Sənaa hava limanı uçuşlarının genişləndirilməsi, Yəmənin neft və qaz ixracının bərpası, valyutanın birləşdirilməsi və Mərkəzi Bankın Sənaa və Ədəndəki işi, eləcə də neft və qaz gəlirlərindən dövlət işçilərinin maaşlarının ödənilməsinə nəzarət edən müştərək komitə yaradılması ətrafında olub.

Ənsarullah ilə Səudiyyə Ərəbistanı arasında danışıqlar son aylarda səudiyyəlilərin yəmənli işçilərin maaşlarının ödənilməsi məsələsində çevik olmaması və həmçinin amerikalıların müdaxiləsi səbəbindən dayandırılmışdır. Qeyd edək ki, Omanın vasitəçiliyi ilə eyni vaxtda ABŞ-ın Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Timoti Linderkinq ərəb ölkələrinə və Yəmənə səfər edərək bu ölkələrin rəsmiləri və BMT-nin Yəməndəki nümayəndəsi Hans Qrundberqlə bölgədəki dəyişikliklər və Ənsarullah ilə sülh danışıqları barədə məsləhətləşib.

Şəkil arxivdəndir.

Daha çox oxuyun:Oman və Səudiyyə nümayəndə heyəti Yəmənin Ali Siyasi Şurasının rəhbəri ilə görüşüb ‎+ FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir