Pakistanın “Camaat-ul-Əhrar”ın yüksək rütbəli komandirlərindən olan Əsəd Afridi öldürülüb + FOTO

Bazar 20 Avqust 2023 - 05:51
https://az.iswnews.com/?p=25474

Pakistanın Camaat-ul-Əhrarının yüksək rütbəli komandirlərindən olan Əsəd Afridi iki yoldaşı ilə birlikdə Qazi Dara sərhəd bölgəsində bombanın partlaması və ya Pakistan Ordusu təyyarəsinin hücumu nəticəsində həlak olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 17-də Pakistanın Hayber-Paxtunxva əyalətinin Dərmaxil rayonunda Qazi Dara sərhəd bölgəsində bomba partlaması və ya Pakistan ordusuna məxsus təyyarənin hücumu nəticəsində Pakistanın Təhrik-e-Taliban Pakistan (TTP) qolu olan Camaat-ul-Əhrar qruplaşmasının yüksək rütbəli komandirlərindən biri Əsəd Afridi kimi tanınan Dost Məhəmməd yaralanıb və onların iki yoldaşı öldürülüb. İki gün yaralı qaldıqdan sonra nəhayət Lalpur şəhərində həlak olub.

Onun qətli iki mühafizəçisi ilə Svat marşrutunu keçərək Əfqanıstanın şərqindəki Nənqərhar əyalətinin Lalpur şəhərinə girməyə cəhd etdikdən sonra baş verib.

Əsəd Afridi Təhrik-e-Taliban Pakistanın Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsindəki keçmiş komandiri olub və Təhrik-e-Cihad Pakistan (TJP) silahlılarının Bəlucistandakı Pakistan ordusu bazasına hücumu zamanı məsuliyyəti öz üzərinə götürüb. Pakistanın Təhrik-e-Taliban Mərkəzi Şurası (TTP) arasında fikir ayrılığı yaranıb və bu səbəbdən o, bu qrupun rəhbərliyi tərəfindən Dera İsmayıl Xan bölgəsindəki Təhrik-e-Taliban Pakistan hərbi komandanlığından uzaqlaşdırılıb.

Əsəd Afridinin mediadakı son çıxışı ötən ilin payızında Umar Medianın (Təhrik-e-Taliban Pakistanın media qolu) “İbtale Ümməte 8” başlığı altında çəkdiyi bir saatlıq videoda olub. Bu videoda Afridi Ömər Xalid Xorasanini tərifləmişdir.

Afridinin öldürülməsinin növü bu ana qədər dəqiq müəyyən edilməmişdir və bəzi yerli medialar Pakistan ordusunun daxili mübahisələri gücləndirmək və Təhrik-e-Taliban Pakistan silahlıları arasında parçalanma yaratmaq məqsədi ilə hücum dronlarından istifadə edərək Əsəd Afridiyə sui-qəsd etdiyini düşünür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir