NATO İraqda hərbi fəaliyyətini artırır
Şimali Atlantika Müqaviləsi Təşkilatı İraq hökumətinin rəsmi tələbi ilə bu ölkədəki hərbi fəaliyyətlərinin həcmini artıracağını açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) bəyanat yayaraq bildirib ki, NATO Şurası İraq hakimiyyətinin tələbi ilə cümə axşamı (17 avqust) əməliyyatların əhatə dairəsini genişləndirməyə qərar verib. NATO-nun İraqdakı məsləhətçilik missiyasına əlavə olaraq, Daxili İşlər Nazirliyi və İraq Federal Polis Komandanlığına dəstək verən potensialın artırılması da daxil edilməlidir.
NATO 2018-ci ildə İraqdakı missiyasına Baş nazirin nəzarəti altında İraq Müdafiə Nazirliyinin hərbi və təhlükəsizlik rəsmilərinə məsləhət vermək məqsədi ilə başladığına işarə edərək, əlavə edib: “Bu missiyaya artıq Daxili İşlər Nazirliyi və Federal Polis Komandanlığı da daxil olacaq”.
NATO-nun son qərarı Amerika qüvvələrinin İraq və Suriyadakı fəaliyyətlərinin kəskin şəkildə artdığı və bu fəaliyyətlərin fonunda Amerika koalisiyası və müttəfiqlərinin İraqın qərbində və Suriyanın şərqindəki müqavimət cəbhəsinin mövqelərinə hücum edə biləcəyi ilə bağlı fərziyyələrin olduğu bir vaxtda qəbul edilib.
NATO-nun bu qərarı, eləcə də Bağdadın bu məsələyə yaşıl işıq yandırması Qərb ölkələrinin İraqda güc və təsirini artırmağa zəmin yaradacaq. Baş nazir Əl-Sudaninin bu vəzifəyə təyin olunduğu vaxtdan indiyədək dəfələrlə İraqın xarici qüvvələrə ehtiyacı olmadığını və onların İraqdan çıxarılması ilə bağlı qərarlı olduğunu dediyi ilə birgə, hansı məqsədlər güddüyü və hansı əsasla NATO-nun İraqdakı fəaliyyətinin genişləndirilməsinə razılıq verdiyi bəlli deyil.
İraq müqavimətinin əvvəlki təhdidləri, eləcə də İraq baş nazirinin diplomatiya yolu ilə xarici qüvvələrin ölkədən çıxarılması ilə bağlı vədlərinin yerinə yetirilməməsi nəzərə alınarsa, müqavimət dəstələrinin xarici qüvvələrin, xüsusən də Amerika qüvvələrinin İraqdakı mövqelərinə hücumlar təşkil edəcəyi ehtimal edilir.
Daha çox oxu:
Rəy