İngiltərə hərbçiləri Yəmənə daxil oldular
Yəmənin Həzərmut əyalətindəki yerli mənbələr İngiltərə ordusunun xüsusi təyinatlı qüvvələrinin Qil Bavzir rayonundakı Əş-Şin əkinçilik sahələrində müşahidə apardığını bildirib. İngilislər BƏƏ qüvvələrinin dəstəyi ilə bu əraziyə daxil olublar və bu sahələrdə baza yaratmaq niyyətində idilər, lakin onlar bu sahələr sahiblərinin narazılığı ilə üzləşiblər.
Yəməndə müharibə başlayandan bəri İngiltərə əsgərlərinin Yəməndə olması ilə bağlı müfəssəl məlumat və təfərrüatlar dərc olunmayıb və görünən odur ki, İngiltərənin Yəməndə sabit və qəti hərbi mövcudluğu yoxdur. Onların Yəməndəki əksər fəaliyyətləri müvəqqəti və ya Yəmən sularında 153 Qüvvələri şəklindədir. Həmçinin İngiltərə təhlükəsizlik və kəşfiyyat qüvvələri bu ölkənin Ədəndəki müvəqqəti səfirliyindədir və cənub bölgələrinin təhlükəsizlik məsələlərində mühüm rol oynayır.
Rəy