ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri işğal olunmuş Fələstinə səfər edəcək
Sionist rejimin mediası ABŞ ordusunun Birləşmiş Qərargah Rəislər Komitəsinin sədri gələn həftə işğal olunmuş ərazilərə səfər edəcəyini iddia edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bəzi təhlükəsizlik məsələlərini müzakirə etmək və xüsusi olaraq sionist rejim ordusunun hazırlıq böhranını araşdırmaq üçün gələn həftə Təl-Əvivə səfər edəcək.
Bununla əlaqədar olaraq sionist Kan kanalı elan etdi ki, bu amerikalı generalın Təl-Əvivə səfərinin əsas səbəbi sionist ordusundakı böhranın Yaxın Şərqdə mövcud olan Amerika qüvvələrinə təsirini araşdırmaqdır. Bu səfər Amerikanın bu rejimin daxili işlərini yaxından izləməsi və gələcəkdə baş verə biləcək istənilən münaqişədə ordunun hazırlıq səviyyəsi ilə bağlı qaldırılan müzakirələr kontekstindədir.
Rəy