Nəsrullah: Hizbullah sionist rejimini daş dövrünə qaytaracaq!

Çərşənbə axşamı 15 Avqust 2023 - 23:47
https://az.iswnews.com/?p=25431

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bazar ertəsi günü 2006-cı ilin 33 günlük müharibəsində sionist rejimə qarşı müqavimətin qələbəsinin 17-ci ildönümü münasibətilə çıxış edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Seyid Həsən Nəsrullah çıxışının əvvəlində ABŞ-ın İŞİD terror qruplaşmasının yenidən səhnəyə qayıtmaq qərarına gəldiyinə işarə edərək deyib: “İŞİD-in Pakistandakı kamikadze əməliyyatı zamanı, həmçinin Suriya ordusuna hücumu və dünən gecə bu terror qruplaşmasının Həzrət Şahçerağ (ə) hərəminə hücumu nəticəsində şəhid olanlarla bağlı, başsağlığı vermək bizim borcumuzdur. Bu hadisədə şəhid olanların, yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

O, daha sonra 2006-cı ildə və belə bir gündə Livanın müxtəlif bölgələrinin əhalisinin sionistlərin təhdidlərinə əhəmiyyət vermədən öz evlərinə qayıtmalarını deyərək bildirib: “Bu cəsur qayıdış millətimizin sabitliyini və bu torpağa bağlılığını və müqavimət variantını seçdiklərini göstərir. Hansı fədakarlıqların olunmasının əhəmiyyəti yoxdur. İnsanlar 14 mart (qərbə bağlı) cərəyanının axını ilə bağlı bütün hesablamaları alt-üst etdi, çünki çoxları insanlar evlərinə qayıdanda və dağıntıların həcmini görəndə bu məsələdə müqaviməti günahlandıracaqlarını israr edirdilər, lakin baş verənlər əksini göstərdi. Bu gün ən mühüm mövzu Livanda müqavimətə və qələbəyə inanan insanların yaratdığı səhnələr idi.

Seyid Həsən bu döyüşdə Allahın vədlərinin yerinə yetirilməsi nümunələrini öz gözləri ilə gördüklərinə diqqət çəkərək əlavə etdi: “Allaha köməyinə görə şükür edirəm. İstənilən halda bu mühüm hadisənin, möcüzənin və yadda qalan tarixi məsələnin yaranmasında rolu olan hər kəsə, o cümlədən xalqa, döyüşçülərə, hərbi qurumlara, şəhidlərə, İrana, Suriyaya və müqavimətə dəstək verən bütün ölkələrə minnətdarlığımı bildirməliyəm”.

O, şəhid Hacı Qasım Süleymaninin bu müharibədə yanlarında olduğunu və onlara dəstək olduğunu bildirərək, qeyd edib: “Ötən illərdə biz 33 günlük müharibənin qələbəsinin ilahi və tarixi bir qələbə olduğunu dəfələrlə vurğulamışıq, çünki nəzərə alaraq müharibənin ölçüsü və İsrailə verilən dəstəyin və bizə qarşı sui-qəsdin miqdarı, bu qələbəyə tarixi imza atır. Bu müharibənin təsirləri uzun müddət qalacaq”.

Nəsrullah müqavimətin İsrailin daxili cəbhəsini müharibə vəziyyətinə gətirə bildiyinə işarə edərək, belə davam etdi: “İsrailin üç prinsipə əsaslanan təhlükəsizlik inancı var idi: çəkindirmə, xəbərdarlıq və müharibə. 2006-cı ildən sonra bu prinsipə dördüncü element əlavə etdilər: müdafiə və dəstək. Bu məsələ onların daxili cəbhəsi ilə bağlıdır. Bu tarixdən sonra düşmənin strategiyaları dəyişdi. Sığınacaq tikmək passiv müdafiənin, raket hücumlarını dəf etmək isə bu rejimin müsbət müdafiəsinin bir hissəsidir. Bu səbəbdən hazırda hava hücumundan müdafiə vasitələri axtarır ki, bu da onların dəhşətli uğursuzluğundan xəbər verir”.

Hizbullahın baş katibi sionist düşmənin hücumdan müdafiə vəziyyətinə gəldiyinə və müqavimət cəbhəsinin böyük ölçüdə təşəbbüsə malik olduğuna işarə edərək dedi: “Siyasi ixtilaflar İsrail ordusunun öz tarixinin ən pis vəziyyəti ilə üzləşməsinə səbəb olub. Bu gün İsrail Livan və Qəzzanın divarları arxasında gizlənir. Bir neçə həftə əvvəl Qərb Sahilindəki müqavimət qüvvələrinə silah ötürülməsinin qarşısını almaq üçün İordaniya ilə divar çəkəcəklərini də oxumuşduq”.

Seyid Həsən düşmənin müharibə nazirinin bir neçə gün əvvəl sərhəd zolağında Livanı daş dövrünə qaytarmaqla hədələdiyini vurğulayıb və deyib: “Biz İsrailin öz və Amerika texnikası ilə bunu edə biləcəyini inkar etmirik. Bu yeni bir şey deyil. Yeni olan, Livan və müqavimətin edə biləcəyidir. Düşmənin komandirləri, rəhbərləri bunu çox gözəl bilirlər, ancaq bizim üçün heç bir dəyəri olmayan media manevrləri axtarırlar. Düşmən komandirlərinə deyirəm ki, Livanla müharibə etsəniz, siz də daş dövrünə qayıdacaqsınız”.

Nəsrullah Hizbullahın bütün hərbi və mülki hava limanlarına, hava qüvvələri bazalarına, elektrik və su stansiyalarına, əsas kommunikasiya mərkəzlərinə, infrastruktura, İsrail neftayırma zavodlarına hücum etmək üçün bir neçə dəqiq raketlərə ehtiyacı olduğunu ifadə edərək dedi: “Bəzi İsrail generallarından eşitdim ki, deyirlər: “Bu gün çoxlu nöqtəvuran raketlər var ki, İsrailin nüvə obyektlərinə və infrastrukturuna çata bilən idarə olunan raketlərdən ibarətdir. Əgər İsrailin müharibəsi bütün müqavimətlə olarsa, artıq İsrail olmayacaq. Düşmən komandirləri bilməlidirlər ki, ölümlə oyuna başlayıblar. Bu təhdidlər bizi qorxutmur. Livanda düşmənə qarşı çəkindirmə yarada biləcək güc elementləri var”.

Müqavimətin Naqiadakı işğal altındakı sərhəd nöqtələrini geri alacağını və Livana dəstək üçün əsl sipər olacağını vurğulayaraq dedi: “Bu gün düşmən siyasi, hərbi, xalq və ruh baxımından 2006-cı ildən çox zəifdir. Müqavimət cəbhəsi isə o vaxtdan bəri, daha da güclənib”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir