Yəmən ordusunun hava qüvvələri və müdafiə komandanı general-leytenant Əl-Həmzi şəhid olub + FOTO
Yəmən ordusunun hava qüvvələri və müdafiə komandanı general-leytenant Əhməd Əli Əhsən Əl-Həmzi naməlum səbəblərdən şəhid olub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yəmən ordusunun hava qüvvələri və müdafiə komandanı general-leytenant Əhməd Əli Əhsən Əl-Həmzi avqustun 6-da şəhid olub. Rəsmi Yəmən səlahiyyətliləri və mediası Əl-Həmzinin necə şəhadətə çatması ilə bağlı hələlik ətraflı məlumat yaymayıb.
Əl-Həmzi Səədə əyalətinin Səhar rayonunun Əl-Həmzat məntəqəsinin sakinidir. Əl-Həmzi Ənsarullahın və Əli Abdullah Saleh hökumətinin altı döyüşündə iştirak edib. O, Yəmən inqilabının qələbəsindən sonra hərbi və texniki kurslardan keçib və Səudiyyə koalisiyasının Yəmənə təcavüzünün başlaması ilə ordunun raket qüvvələrinin komandanının müavini vəzifəsinə təyin edilib. Bundan sonra Əl-Həmzi hava qüvvələrini və ordunun müdafiəsini yaradıb inkişaf etdirdi və bu qüvvənin gücünü yüksək sürətlə genişləndirdi.
Ənsarullah, onun şəhadətinin səbəbinin cihad missiyalarından birini yerinə yetirərkən aldığı xəsarətlərin yaratdığı fəsadlar olduğunu bildirib. Lakin Səudiyyə koalisiyasına bağlı bəzi qeyri-rəsmi mənbələr və medialar general-leytenant Əl-Həmzinin Yəmən ordusunun bir sıra yüksək rütbəli zabitləri ilə birlikdə Mərib vilayətinin Sərvah rayonunda raket sınağı zamanı yaralanaraq şəhid olduğunu hesab edir.
Bir neçə müddət öncə Yəmən Müdafiə Nazirliyi Yəmən Ordusunun 140-cı Hava Hücumundan Müdafiə briqadasının keçmiş komandiri general-leytenant Məhəmməd Hüseyn Saleh Əl-Həmasinin şəhadəti ilə bağlı bəyanat yaymışdır. Həmçinin yerli mənbələr Yəmən Ordusunun yüksək rütbəli zabitlərindən olan briqada generalı Yəhya Məhəmməd Əli Səid Əl-Ruhaninin şəhadəti ilə bağlı xəbərlər vermişdir. Bu xəbərləri yan-yana yerləşdirdikdə raket testi zamanı Yəmən Hərbi Hava Qüvvələri və raket qüvvələrinin bir sıra komandirlərinin şəhadət olmaları ehtimalı xəbəri daha doğru olur.
Rəy