Sionist rejim təhlükəsizlik sisteminin böyük uğursuzluğu + FOTO
Şənbə günü, avqustun 5-də günortadan sonra Təl-Əvivin mərkəzindəki “Nəhla Benyamin” bölgəsində silahlı əməliyyat baş tutdu. Bu əməliyyat bir sionistin ölümü, ikisinin isə yaralanması ilə nəticələndi. “Hin Əmir” adlı əməliyyatda öldürülən sionist Təl-Əviv-Cəffə bələdiyyəsinin təhlükəsizlik qüvvələrindən biri olub.
Bir neçə saat sonra ibranidilli mənbələr Təl-Əvivdə silahlı əməliyyat icraçısının Cenin şəhərinin qərbindəki Ramana kəndinin sakini və İslami Cihad Hərəkatının üzvü olan Əbu Ducanə ləqəbli 27 yaşlı “Kamil Əbu Bəkr” adlı gənc olduğunu açıqlayıb.
Sionist rejim polisinin verdiyi məlumata görə, əməliyyatın icraçısı çantasında qısa bir qeyd qoyub və orada yazıb: “Sionist mühacirlər tərəfindən bir gün öncə ki, Ramallah şəhərinin ətrafına hücumu və bölgədəki gənclərdən birinin şəhadətinin qisasını almaq üçün bu əməliyyatı həyata keçirirəm”.
Kamil əməliyyatdan əvvəl vəsiyyətini yazmışdı və orada şəhid olduqdan sonrakı tövsiyələrini vermişdi, bu o deməkdir ki, bu əməliyyatın sonunun şəhidliyi ilə bitəcəyini artıq bilirdi.
2020-ci ildəki Seyf Əl-Qüds döyüşündən sonra İordan çayının qərb sahilində, Əl-Qüdsdə və 1948-ci il ərazilərində silahlı əməliyyatlar əhəmiyyətli dərəcədə artdı, beləliklə, keçən il 31 ölümlə, bu il isə cəmi 6 ayda 33 ölümlə sionist rejim üçün ən ölümcül illərdən biridir. Lakin şənbə günü əməliyyatını keçmişdəki digər əməliyyatlardan fərqləndirən bir cəhət var. Kamil Əbu Bəkrin şəhadətindən saatlar sonra üzə çıxanlar sionist rejimin təhlükəsizlik aparatında növbəti böyük uğursuzluğa işarə idi. İsrail Ordusu Radiosu bildirib ki, Təl-Əviv əməliyyatının icraçısı İsrail ordusu tərəfindən Cenində aylardır axtarışda olan Kamil Əbu Bəkrdir.
İvritdilli Kanal 14-ün müxbiri Hillel Beyton Rosen Təl-Əviv əməliyyatını “təhlükəsizlik uğursuzluğu” adlandırıb, çünki onu həyata keçirən fələstinli Cenin qaçqın düşərgəsində gizlənərkən ordu tərəfindən axtarışda olub və ordu onu uzun müddət ərzində 6 ay axtarıb ama tapa bilməyib.
“Yedioth Aharonot” qəzetinin hərbi müxbiri Yossi Yoşua təsdiqləyib ki, Təl-Əviv əməliyyatını icra edən şəxs İsrail ordusu və Şin Bet tərəfindən axtarışda olub və əməliyyat stajı olmadan əməliyyata başlayan əməliyyatçılardan fərqli olaraq onun belə hadisələrlə əlaqədar olaraq tarixçəsi olub və təhlükəsizlik sisteminə sıza bilib.
Ynet İbrani saytı da bu böyük təhlükəsizlik uğursuzluğunu belə təqdim edib: “Ceninli, altı aydır axtarışda olan və İslami Cihada üzv olan silahlı şəxs İsrailin təhlükəsizlik sisteminin dərinliklərinə necə nüfuz edib?”
Təhlükəsizliyin fəlakətli olmasını sionist rejimin təhlükəsizlik orqanlarının aylardır axtardığı axtarışda olan bir fələstinlinin İordan çayının qərb sahilindən saxta rejimin ürəyinə sızması və uğurlu əməliyyat həyata keçirməsi ilə müqayisə etmək olar. Sionist rejimin analitiki Hillel Beyton Rosen dediyi kimi: “Bütün təhlükəsizlik rəsmiləri təhlükəsizlik orqanları tərəfindən tanınan, axtarışda olan fələstinli silahlının Cenin düşərgəsinin mərkəzindən Təl-Əvivin ürəyinə necə yol tapması barədə izahat verməlidirlər”.
Daha ətraflı: Təl-Əvivdə anti-İsrail əməliyyatı; Bir sionist öldürüldü + FOTO və VİDEO
Müəllif: Əhmədrza Mübaşeri
Rəy