Ukrayna qırıcıları Rusiyanın Krım bölgəsinin şimalındakı mövqelərinə “Storm Shadow” raketləri ilə hücum edib + VİDEO və FOTO

Çərşənbə axşamı 8 Avqust 2023 - 22:52
https://az.iswnews.com/?p=25323

Avqustun 6-da Ukrayna ordusuna məxsus “Suxoy 24” qırıcıları “Storm Shadow” qanadlı raketindən istifadə etməklə Qniçesk məntəqəsini və Krım yarımadası ilə Xerson vilayətinin qovşağı olan Çonqar körpüsünü bombalayıb.

Rusiya mənbələrinin məlumatına görə, bu hücum zamanı ukraynalılar 12 “Storm Shadow” qanadlı raketindən (İngiltərə istehsalı) istifadə edib, onlardan 9-u hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Bu raketlərin zərbəsi Çonqar körpüsünün qismən dağılmasına və qaz kəmərinin tamamilə kəsilməsinə səbəb olub. Bu kəsinti bu ərazinin 20 min sakininin həyatına ciddi təsir edib. Təbii ki, Ukraynanın bu qovşağa hücumunun əsas məqsədinin hərbi kommunikasiyaları və Rusiya qüvvələrinin bu cəbhədən təchizat xəttini pozmaq olduğunu güman etmək olar.

Daha çox oxuyun: Hərbi Məlumat: Storm Shadow Qanadlı Raketi

Video: Rusiya ordusunun Pantsir S1 müdafiə sisteminin Storm Shadow raketi ilə üzləşməsi
Video: Ukrayna qırıcılarının atdığı Storm Shadow raketinin Çonqar körpüsünə dəydiyi an
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir