İsrailin Dəməşqə hava hücumu; Dörd Suriya əsgəri şəhid olub

Çərşənbə axşamı 8 Avqust 2023 - 16:24
https://az.iswnews.com/?p=25310

Sionist rejim qırıcıları Suriya paytaxtının ətraf məntəqələrindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə 4 suriyalı əsgər şəhid olub, daha 4 əsgər isə yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, 7 avqust tarixində bazar ertəsi günü yerli vaxtla saat 02:20 radələrində sionist rejim işğal olunmuş Qolan təpələri istiqamətindən bir neçə raketlə Dəməşq ətrafındakı hədəflərə hücum edib. Suriya Hava Hücumundan Müdafiə qüvvələri raketlərin bir qismini zərərsizləşdirə bilib. Bu hücum 4 suriyalı əsgərin şəhid olması, daha 4 əsgərin yaralanması və maddi dağıntıların baş verməsi ilə nəticələnib.

Qeyd edək ki, iyulun 19-da sionist rejim qırıcıları işğal altındakı Qolan təpələri istiqamətindən bir neçə raket ataraq, Dəməşq ətrafında yerləşən hədəflərə hücum etmişdir. Bu hücum iki suriyalı əsgərin yaralanması və maddi ziyanla nəticələnmişdir.

Daha çox oxuyun: İsrail aviasiyası Dəməşqin ətrafına zərbələr endirib + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir