Cenində üç Fələstin müqavimət qüvvəsi şəhid edildi + VİDEO
Sionist rejimin xüsusi təyinatlı qüvvələri bazar günü günortadan sonra Ceninin cənubunda Fələstin müqavimət qüvvələrinin 3 üzvünü qətlə yetiriblər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsrail rejiminin xüsusi təyinatlı qüvvələri avqustun 6-da Ceninin cənubunda yerləşən Ərrabə qəsəbəsində bir avtomobili hədəfə alıblar. Bu hücum zamanı Fələstin müqavimət qüvvələrinin “Nayef Əbu Suveys”, “Lui Əbu Naisə” və “Bərra Əl-Qərəm” adlı üç üzvü şəhid olub.
Bununla bağlı İslami Cihad Hərəkatının sözçüsü Tariq Sələmi bildirib ki, işğalçı rejimin Cenindəki cinayəti Fələstin millətinə qarşı cinayətdir və Saraya Əl-Qüds onun döyüşçülərinin qanını heç vaxt yerdə qoymayacaq. Müqavimət Fələstin xalqının yolu və seçimidir və düşmənin bu cinayətləri heç vaxt müqaviməti zəiflətməyəcək, əksinə onun gücünü və mübarizə və qarşıdurma əzmini artıracaq.
Həmçinin HƏMAS hərəkatının sözçüsü Hazim Qasim vurğulayıb ki, sionist düşmən bu üç döyüşçünü şəhid etməklə yeni cinayət törədib ki, bu da Fələstin xalqına qarşı davamlı təcavüz və terrorunun ardıdır. İşğalçı rejim törətdiyi cinayətlərin əvəzini ödəyəcək və Fələstin xalqı və onun qəhrəman döyüşçüləri heç vaxt bu rejimin əvəzini ödəməkdən qaçmasına imkan verməyəcək.
Qeyd edək ki, anti-İsrail əməliyyatlarının artması tendensiyası və eləcə də İordan çayının qərb sahilində müqavimətin genişlənməsi səbəbindən Fələstin müqavimət qüvvələrinə qarşı sui-qəsdin yenidən təkrarlanacağı ehtimal edilir. Bu məsələ Fələstin müqavimət dəstələrindən sərt cavab tələb edən bir mövzudur!
Rəy