İşğal altındakı Fələstində geniş etiraz aksiyalarının 31-ci həftəsi

Bazar ertəsi 7 Avqust 2023 - 12:26
https://az.iswnews.com/?p=25271

Təl-Əviv və işğal olunmuş Fələstinin bir sıra digər şəhərlərində minlərlə sionist 31-ci həftədir ki, sionist rejim baş nazirinin məhkəmə islahatları proqramına etiraz əlaməti olaraq etiraz aksiyaları keçirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, minlərlə sionist mühacir avqustun 6-da Təl-Əviv və Qüds də daxil olmaqla işğal olunmuş ərazilərin müxtəlif şəhərlərinin prospektlərində sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyaları keçiriblər.

Bu etiraz aksiyaları ilə eyni vaxtda ivritdilli Kan kanalı sionist rejimin təhlükəsizlik kabinetinin Fələstində və Livanla sərhəddə vəziyyətlə bağlı son hadisələri nəzərdən keçirmək üçün fövqəladə iclas keçirdiyini elan edib.

Netanyahunun təklif etdiyi və Ali Məhkəmənin hökumət qərarlarına nəzarət səlahiyyətlərini azaldan məhkəmə dəyişikliklərinə qarşı baş tutan etiraz aksiyaları 31 həftə əvvəldən bəri davam edir və artıq 31-ci həftəyə daxil olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir